Unibank müştəriləri üçün vacib məlumat!
Bundan sonra Unibank kart sahiblərinə bankın öz Kart Prosessinq Mərkəzində xidmət olunacaq.
Bankın öz Prosessinq Mərkəzinə keçidlə əlaqədar olaraq, plastik kart əməliyyatlarında, bankın bütün teminallarının fəaliyyətində (ATM-lər, POS-terminallar, ödəmə terminalları) və uBank mobil tətbiqində qısamüddətli fasilə yarana bilər.
Müştərilərin bank əməliyyatlarında ciddi çatışmazlıq yaranmaması üçün proses gecə saatlarında həyata keçiriləcək. Keçid prosesi yanvarın 23-dən 24-nə keçən gecə aparılacaq.
Beynəlxalq təcrübələr də göstərir ki, yeni texnologiyaların tətbiqi zamanı keçid prosesində müəyyən fasilələrin yaranması qaçılmazdır.
"Unibank keçid zamanı kart əməliyyatlarında yaranacaq məhdudiyyətlərə görə müştərilərdən üzr istəyir və bu vəziyyəti anlayışla qarşıladıqları üçün onlara minnətdarlığını bildirir. Prosesin ilk günlərində ayrı-ayrı şəxslərin kart əməliyyatında hansısa problem yarana biləcəyi halda, Bank müştəriləri narahat olmamağa çağırır, məsələnin ən qısa müddətdə həllini tapacağını bildirir".
Unibank kartı olanlar Bankın öz Prosessinq Mərkəzinə keçidindən sonra qısa müddətdə xidmət və məhsullarda əhəmiyyətli dəyişiklikləri hiss edəcəklər. Bank kartlarının "Unibank"ın öz Prosessinq Mərkəzi tərəfindən idarə edilməsinə başlanması ödəniş kartları və nağdsız ödənişlər istiqamətində daha çevik və effektiv olmasına imkan verəcək. Prosessinq mərkəzi "Unibank"ın yüz minlərlə kart müştərisinin istəklərinə cavab verən çeşidli, innovativ məhsullar və geniş xidmət təqdim edəcək. Müasir proqram təminatı ilə təmin olunmuş Mərkəz, bazardakı yeniliklərə dərhal qoşulmağa imkan yaradacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























