Bank sədri: "Sahibkarlar üçün bir çox maraqlı təkliflər hazırlamışıq"
2020-ci ilin sonunda Yelo Bankın cəmi aktivləri 390.9 milyon manat təşkil edib.
Yelo Bankdan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, Bankın kredit portfeli 308.3 milyon manat təşkil edib, bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 4 milyon manat artımdan xəbər verir. Keçən ilin eyni dövrü ilə müqayisədə biznes kreditlərinin həcmində 22 milyon AZN və ya 18% artım müşahidə olunub.
Məcmu kapitalın adekvatlıq əmsalı 18.34 %, birinci dərəcəli kapital adekvatlığı əmsalı isə 16.04 % təşkil edir. Bu da, öz növbəsində, normadan müvafiq olaraq təxminən 2 və 3 dəfə çox olmaqla Bankın möhkəm kapital dayanıqlığını ifadə edir.
Bank nizamnamə kapitalını 2020-ci ilin üçüncü rübü ilə müqayisədə 5.6% artıraraq 378 milyon manat səviyyəsinə çatdırmışdır.
Bank il ərzində güclü likvidlik mövqeyini qoruyub saxlaya bilmişdir.
Yelo Bank-ın İdarə Heyətinin Sədri Anar Həsənov hesabat dövrü üzrə maliyyə nəticələrini şərh edib: “Hazırki dövrdə əsas vəzifəmiz pandemiyanın yaratdığı fəsadları daha tez aradan qaldırmaq üçün müştərilərimizin gözləntilərini və ehtiyaclarını ən yüksək səviyyədə qarşılamaqdır. Bu baxımdan, verdiyimiz biznes kreditləri həcminin artması bizim ölkənin real sektorunun inkişafına dəstəyimizin göstəricisidir. Bank olaraq real sektorun stimullaşdırlmasını bundan sonra da planlı şəkildə davam etdirəcəyik. Sahibkarlar üçün bir çox maraqlı təkliflər hazırlamışıq və il boyunca onlar bu təkliflərdən yararlana biləcəklər. Bununla yanaşı, biz davamlı olaraq yeni texnologiyalara yatırım edir, rəqəmsal məhsullarımızın sayını artırır, filial şəbəkəmizi genişləndirir və yeni konsepsiyamıza uyğun müasirləşirik. Gördüyümüz məqsədyönlü işlərin nəticəsi müştərilərimizin məmnuniyyəti və maliyyə göstəricilərimizdə də öz əksini tapacaq”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 14 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















