Azərbaycanda 16 bankın mənfəəti azalıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün ötənilki xalis mənfəəti əvvəlki illə müqayisədə çox olub.
Bunlar “Kapital Bank”, “Turan Bank”, “Naxçıvan Bank” və “PAŞA Bank”dır.
Mənfəətini ən çox artıran “Kapital Bank” (2,2 dəfə), ən az artıran isə “PAŞA Bank” (29,5%) olub.
16 bankın isə (xalis) mənfəəti azalıb. Bunlar “AFB Bank”, “Bank VTB Azərbaycan”, “Xalq Bank”, “Azər-Türk Bank”, “Azərbaycan Sənaye Bankı”, “Zıraat Bank Azərbaycan”, “Bank of Baku”, “Unibank”, “Premium Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Express Bank”, “Yapı Kredi Bank Azərbaycan”, “Bank Respublika”, “Bank Avrasiya”, “Rabitəbank” və “Günay Bank”dır. Mənfəəti ən az azalmış bank “AFB Bank” (13,7%), ən çox azalmış bank isə “Günay Bank” (81,2%) olub.
1 bankın – Pakistan Milli Bankının Bakı filialının zərəri 47,1% azalıb.
3 bank – “Access Bank”, İran Milli Bankının Bakı filialı və “Muğan Bank” ötən ili mənfəətlə, əvvəlki ili zərərlə, 2 bank – “Bank BTB” və “Yelo Bank” isə ötən ili zərərlə, əvvəlki ili mənfəətlə başa vurub. Odur ki, bu bankların (xalis) mənfəətinin / zərərinin dinamikasını hesablamaq mümkün olmayıb.
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 3-ü 2020-ci ili zərərlə başa vurub.
Bunlar Pakistan Milli Bankının Bakı filialı, “Bank BTB” və “Yelo Bank”dır. Adları çəkilən bankların zərəri müvafiq olaraq 212 min manat, 9,13 milyon manat və 39,749 milyon manat olub.
Qalan 23 bank isə müxtəlif məbləğlərdə (xalis) mənfəət əldə edib. Mənfəətin ən yüksək həddi “Kapital Bank”da (302,698 milyon manat), ən aşağı həddi isə “Günay Bank”da (408 min manat) qeydə alınıb.
Həmçinin oxu
Mənfəət və zərər edən banklar - SİYAHI“Renkinq”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 16 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























