2021-ci ilin ilk konteyner qatarı
Çin-Azərbaycan istiqamətində 2021-ci ilin ilk konteyner blok qatarı Çindən yola düşüb.
“ADY Konteyner”dən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq qlobal təchizat zəncirində yaranmış çətinliklərə, o cümlədən konteyner çatışmazlığına baxmayaraq, “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC Çinin Çinqdao şəhərindən Bakı istiqamətində 50 konteynerdən ibarət blok qatarın yola salınmasına müvəffəq olub.
40 futluq konteynerlər Qazaxıstanın Aktau limanından Bakı limanına çatdırılacaq. Daha sonra konteynerlərdən 15 -i Tbilisiyə göndəriləcək.
Layihə Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri olan “KTZ Express”, “ADY Konteyner” MMC və “GR Logistics and Terminals”-ın birgə əməkdaşlığı çərçivəsində həyata keçirilr.
2021-ci ilin sonunadək “ADY Konteyner” MMC tərəfindən Çin-Azərbaycan istiqamətində 50-dək konteyner blok qatarının nəql olunması planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
5 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
5 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 5 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























