Azərbaycanda 3 ərazi Qlobal Əhəmiyyətli Aqrar İrs Sistemi kimi tanıdılacaq
Azərbaycanın Şimal-Qərb bölgəsində 3 ərazi Qlobal Əhəmiyyətli Aqrar İrs Sistemi (GIAHS) kimi qeydə alınacaq. Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) həyata keçirdiyi “Azərbaycanın Şimal-Qərb bölgəsində dayanıqlı və inklüziv yerli kənd təsərrüfatı və qida sistemlərinin inkişaf etdirilməsi” Layihəsi çərçivəsində bölgədə GIAHS tələblərinə cavab verən məntəqələr seçiləcək.
BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycanda Tərəfdaşlıq və Əlaqə ofisindən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, Qlobal Əhəmiyyətli Kənd Təsərrüfatı İrsi Sistemləri kənd təsərrüfatı biomüxtəlifliyini, möhkəm ekosistemi və dəyərli mədəni irsi birləşdirən mənzərəli məkanlardır. İqlim dəyişikliyinə tab gətirən bu ərazilərdə ənənəvi kənd təsərrüfatı təcrübələri sayəsində aqrar biomüxtəlifliyi qoruyan dayanıqlı ekosistemlər formalaşıb. GIAHS ərazisi kimi qeydə alınmaq bölgənin hazırki və gələcək qida təhlükəsizliyi, əhalinin dolanışıq vəziyyətinin təminatı, eləcə də digər iqtisadi və ətraf mühit məhsul və xidmətlərinin inkişafı üçün böyük əhəmiyyətə malikdir.
Zaqatala, Qax, Balakən rayonlarını əhatə edən layihənin əsas məqsədi kiçik kənd təsərrüfatı sahibkarlığını dəstəkləyən dəyər zəncirlərinin formalaşdırılması və ərazidə yoxsulluğun aradan qaldırılmasına töhfə verməkdir. Bölgənin aqrar turizm potensialının inkişafı da Layihənin hədəfindədir.
Bölgədə seçilmiş ərazilərin GIAHS kimi qeydiyyata düşməsi nəinki həmin məkanların, ümumilikdə Azərbaycanın xarici turistlərə tanıdılması üçün əhəmiyyətli addım olacaq. “GIAHS qismində FAO tərəfindən qeydiyyata alınan ərazilər və icmaların üstünlüyü ondadır ki, həmin ərazilərdə yaşayan və fəaliyyət göstərən fermer və emalçıların istehsal etdiyi məhsullar qlobal miqyasda tanınmaqla bərabər, bu icmalara xarici turistlərin səfər etməsi, aqar turizmin inkişafı üçün münbit şərait yaranır,” – Layihənin rəhbəri Yusif Axundov belə şəhr edib.
Hazırda dünya üzrə 22 ölkədən 62 GIAHS ərazisi qeydiyyata alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
9 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
16 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
22 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş





























