Azərbaycanda 11 bankın əməliyyat mənfəəti azalıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 11-nin ötənilki əməliyyat mənfəəti əvvəlki ilə nisbətən çox olub.
Bunlar “Express Bank”, “Bank of Baku”, “Rabitəbank”, “Naxçıvan Bank”, “PAŞA Bank”, “Kapital Bank”, “Yapı Kredi Bank Azərbaycan”, “Xalq Bank”, “Bank Avrasiya”, “Zıraat Bank Azərbaycan” və “Turan Bank”dır.
Ən yüksək dinamika “Express Bank”da (12 dəfə), ən aşağı dinamika isə “Turan Bank”da (0,1%) qeydə alınıb.
11 bankın – “AFB Bank”, “Bank BTB”, İran Milli Bankının Bakı filialı, “Azərbaycan Beynəlxalq Bankı”, “Azərbaycan Sənaye Bankı”, “Günay Bank”, “Bank Respublika”, “Unibank”, “Azər-Türk Bank”, “Premium Bank” və “Access Bank”ın isə əməliyyat mənfəəti azalıb. Ən çox azalma “Access Bank”da (85,4%), ən az azalma isə “AFB Bank”da (13,5%) qeydə alınıb.
2 bankın – “Bank VTB Azərbaycan” və Pakistan Milli Bankının Bakı filialının isə əməliyyat zərəri azalıb. Müvafiq olaraq 11% və 50,7%.
2 bank – “Muğan Bank” və “Yelo Bank” ötən il əməliyyat zərərinə uğrayıb, əvvəlki il isə əməliyyat mənfəəti əldə edib. Odur ki, bu bankların əməliyyat mənfəətinin / zərərinin dinamikasını hesablamaq mümkün olmayıb.
4 bank ötən il əməliyyat zərərinə uğrayıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-ü ötən il əməliyyat mənfəəti əldə etməyib.
Bunlar Pakistan Milli Bankının Bakı filialı, “Muğan Bank”, “Yelo Bank” və “Bank VTB Azərbaycan”dır.
Başqa sözlə, bu banklar əməliyyat zərərinə uğrayıblar. Zərərin ən yüksək həddi “Bank VTB Azərbaycan”da (7,894 milyon manat), ən aşağı həddi isə Pakistan bankında (214 min manat) qeydə alınıb.
Qalan 22 bank isə müxtəlif məbləğlərdə əməliyyat mənfəəti əldə edib. Bu baxımdan ən yüksək göstərici “Kapital Bank”da (338,288 milyon manat), ən aşağı göstərici isə “Azər-Türk Bank”da (833 min manat) qeydə alınıb.
“Renkinq”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 18 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















