“Ziraat Bank Azerbaijan” Mobil Bankçılıq tətbiqi artıq istifadənizdədir!
(®️) “Ziraat Bank Azərbaycan” hər zaman olduğu kimi müştərilərini düşünərək məhsul və xidmət növlərini artırmağa davam edir. Artıq “Ziraat Bank Azerbaijan” mobil bankçılıq tətbiqi istifadənizdədir.
Yeni mobil bankçılıq tətbiqi vasitəsilə müştərilər hər zaman mobil cihazlarını istifadə edərək onlayn platformada həyata keçirilməsi mümkün olan bütün bank əməliyyatlarını banka gəlmədən icra etmək imkanı əldə edirlər.
Mobil Bankçılıqda təqdim olunan xidmətlər:
• Hesablar: Cari / Əmanət Hesabları (Hesab hərəkətləri, Çıxarışların əldə edilməsi (Excell,PDF))
• Kartlar: Debit / Kredit (Əməliyyatlar, Statusun yenilənməsi, SMS bildiriş parametrləri, Kredit ödənişi, Ödəniş planı)
• Pul köçürmələri: Hesabdan Karta/Kartdan Hesaba, Kartdan karta (ölkədaxili, ölkəxarici), Bankdaxili Köçürmələr, Ölkədaxili Köçürmələr, Hesabdan/ Kartdan Valyuta köçürmələri (SWIFT), Valyuta köçürmələrinin izlənməsi, Gələcək tarixli əməliyyatlar, Qeyd edilmiş əməliyyatlar, Toplu Pul Köçürmələri
• Ödənişlər: HÖP, Vergi, Mobil, Telefon, Kommunal, İnternet, Sığorta, Bank ödənişləri, Təhsil haqqı və s.
• Kredit Hesabları: Kreditlər, Ödənişlər, Ödəniş planı, Əməliyyat tarixi, Detalların izlənilməsi
• Valyuta: Valyuta Alışı/Satışı, Çarpaz valyuta, Valyuta kursları
Korporativ: Əməliyyatların səlahiyyətli şəxs tərəfindən təsdiq edilməsi, izlənilməsi, səlahiyyətlərin verilməsi və s.
Rahat interfeysə sahib, sürətli və unikal “Ziraat Bank Azerbaijan” mobil tətbiqi sizin təhlükəsizliyinizin qorunması üçün Biometrik, SMS, Hard OTP və identifikasiya vasitələri ilə təchiz edilmişdir.
Mobil tətbiqi siz Android və IOS mobil marketlərdən endirərək istifadə edə bilərsiniz.
https://apps.apple.com/tr/app/ziraat-bank-azerbaijan/id1548440071?l=tr
https://play.google.com/store/apps/details?id=az.ziraat.mobile&hl=en
Əlavə olaraq, “Ziraat Bank Azərbaycan” ASC Türkiyənin 157 illik tarixə malik Ziraat Maliyyə Qrupunun törəmə Bankı olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilən 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərməkdədir. Korporativ və pərakəndə bankçılıq sahəsində məhsullar və xidmətlər təklif edən “Ziraat Bank Azərbaycan” ASC-nin ölkə ərazisində yeni fəaliyyətə başlamış Əhməd Rəcəbli filialı ilə birlikdə Bakı, Gəncə və Sumqayıt şəhərlərində olmaqla 5 filialı mövcuddur. Buna əlavə olaraq, Bank qısa müddət ərzində filiallarının sayını 2 dəfəyə yaxın artırmağı planlaşdırır. Bank məhsulları və xidmətləri haqqında ətraflı məlumatı *9229 Məlumat Mərkəzinə zəng edərək və ya www.ziraatbank.az saytına daxil olaraq əldə edə bilərsiniz.
IOS üçün QR kod:
Google Play üçün QR kod:

Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 18 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















