10 bankın mənfəət vergisi ödəmələri azalıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin ötənilki mənfəət vergisi ödəmələri əvvəlki illə müqayisədə çox olub.
Bunlar “PAŞA Bank”, “Kapital Bank”, “Naxçıvan Bank”, “AFB Bank” və “Express Bank”dır.
Ən yüksək dinamika “PAŞA Bank”da (64,5%), ən aşağı dinamika isə “Express Bank”da (9,3%) qeydə alınıb.
10 bankın – “Azər-Türk Bank”, “Xalq Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Azərbaycan Sənaye Bankı”, “Zıraat Bank Azərbaycan”, “Bank of Baku”, İran Milli Bankının Bakı filialı, “Premium Bank”, “Yapı Kredi Bank Azərbaycan” və “Bank Avrasiya”nın isə mənfəət vergisi ödəmələri azalıb. Ən çox azalma “Bank Avrasiya”da (75,6%), ən az azalma isə “Azər-Türk Bank”da (11,3%) qeydə alınıb.
3 bank – “Rabitəbank”, “Turan Bank” və “Unibank” 2020-ci ildə mənfəət vergisi ödəsə də, 2019-cu ildə ödəməyib. Qalan 8 bank isə həm ötən il, həm də əvvəlki il mənfəət vergisi ödəməyib. Odur ki, həmin bankların vergi ödəmələrinin dinamikasını hesablamaq mümkün olmayıb.
8 bank ötən il mənfəət vergisi ödəməyib
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 8-i ötən il mənfəət vergisi ödəməyib.
Bunlar “Access Bank”, “Bank BTB”, “Bank Respublika”, “Bank VTB Azərbaycan”, “Günay Bank”, “Muğan Bank”, Pakistan Milli Bankının Bakı filialı və “Yelo Bank”dır.
Onlardan isə 3-ü 2020-ci ili zərərlə başa vurmuş “Bank BTB”, Pakistan bankı və “Yelo Bank”dır ki, onların da vergi ödəməməsi təbiidir.
Qalan 21 bank isə müxtəlif məbləğlərdə mənfəət vergisi ödəyib. Bu baxından ən yüksək göstərici “Kapital Bank”da (61,136 milyon manat), ən aşağı göstərici isə İran Milli Bankının Bakı filialında (9 min manat) qeydə alınıb.
“Renkinq”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 18 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















