Muğanbank Çinin “Bir Kəmər Bir Yol” layihəsinə (BRBR) qoşulan ilk Azərbaycan bankı oldu
Muğanbank dünyanın bir nömrəli bankı olan ICBC bank - Industrial and Commercial Bank of China təşəbbüsü ilə yaradılan “Belt and Road Bankers Roundtable Mechanism” (BRBR - “Bir Kəmər-Bir Yol” Banklarının Dəyirmi Masası) mexanizminə tamhüquqlu üzv qəbul edilib. Bu barədə Marja-ya Muğanbankdan bildirlib.
Bankın fəaliyyət profili və maliyyə göstəriciləri təhlil olunduqdan sonra Muğanbankın bu mexanizmə qoşulması barədə müsbər qərar verilib.
Ümumilikdə, 2017-ci ildə Çin nəhəngi ICBC bankın təşəbbüsü ilə yaradılan bu mexanizm Çinin “Bir Kəmər-Bir Yol” layihəsini dəstəkləyir və hədəfi əsasən “İpək yolu” boyu olan ölkələrin banklarını bir qurumda birləşdirərək qarşılıqlı fayda (Win-Win) prinsipi əsasındna birgə layihələr həyata keçirməkdir.
Fəaliyyəti ölkənin iqtisadi hədəfləri və siyasəti ilə tam üst-üstə düşən Muğanbank, BRBR mexanizminə qoşulan ilk və yeganə Azərbaycan bankıdır.
Qeyd edək ki, Çin hökuməti tərəfindən irəli sürülən və 60-dan çox ölkəni əhatə edən İpək Yolu İqtisadi Kəməri layihəsinə Qafqaz regionunda ilk dəstək verən Azərbaycan, Şərqlə Qərb arasında mühüm ticarət dəhlizində logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 18 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















