Sahibkar birlikləri və assosiasiyaları ilə sıx əməkdaşlıq qurulacaq
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə sahibkarlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın inkişaf etdirilməsi üzrə yeni istiqamətlər müəyyənləşdirilib. Bu əməkdaşlığın mahiyyəti və məqsədləri barədə məlumatların sahibkar birlikləri və assosiasiyalarına çatdırılması, birgə planlaşdırılan işlərin müzakirəsi məqsədilə həmin qurumlarla onlayn formatda görüş keçirilib.
Xidmətin yaydığı məlumatda bildirilir ki, görüşdə Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva sahibkarların ictimai birlikləri ilə qurulacaq işlərin əsas prioritetlərini açıqlayıb. Bu prioritetlərə sahibkarların qarşılaşdığı problemlərin çevik şəkildə öyrənilməsi, onların qanunvericiliyə dəyişiklik və inzibatçılığın təkmilləşdirilməsi yolu ilə aradan qaldırılması, orta və uzunmüddətli dövrdə iqtisadi aktivliyin, habelə dövlət büdcəsinə daxilolmaların artırılması daxildir.
Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov sahibkar birlikləri və sahəvi assosiasiyalarla görüşlərin keçiriləcəyini bildirib, səmərəli əməkdaşlığın təmin edilməsi üçün assosiasiyaların sahələr üzrə koordinasiyalı idarəetmə mexanizminin yaradılmasının əhəmiyyətini qeyd edib. Bu sahədə xarici ölkələrin müsbət təcrübələrinin öyrənilməsi və normativ bazanın təkmilləşdirilməsi üçün nəzərdə tutulan məsələlər diqqətə çatdırılıb.
Müzakirələrdə çıxış edən sahibkar birlikləri və assosiasiyalarının nümayəndələri çıxışlarında dialoq formatında əməkdaşlıq təşəbbüsünü yüksək qiymətləndirərək, bu əməkdaşlığın inkişafına dair təkliflərini səsləndiriblər.
Görüş zamanı sahibkar birlikləri və assosiasiyalar tərəfindən Dövlət Vergi Xidmətinə təmsil etdikləri sahələr üzrə problem və təkliflərin təqdim edilməsi, bu istiqamətdə müzakirələrin, sahələr üzrə görüşlərin keçirilməsi, qanunvericiliyə dəyişiklik layihələrinin hazırlanmasında aidiyyəti birliklərin iştirakının təmin edilməsi qərara alınıb. Eyni zamanda, dövlət, ictimai təşkilatlar və sahibkarlar arasında münasibətləri dialoq platformasında inkişaf etdirmək üçün xarici ölkələrin müsbət təcrübəsi nəzərə alınmaqla, sahibkar birlikləri və assosiasiyalarının iştirakı ilə onların fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsinə dair təkliflər hazırlanması barədə razılıq əldə edilib.
Görüşdə biznes dairələri, sahibkar birlikləri və assosiasiyalarla əməkdaşlığın iqtisadi inkişafa töhfə verdiyi vurğulanıb, belə tədbirlərin davamlı olaraq keçiriləcəyi qeyd olunub. Tədbirdə müzakirə edilmiş məsələlər barədə suallar cavablandırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
56 d. əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
3 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 3 saat əvvəl
-
4 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
-
4 saat əvvəl
Bakı-Sumqayıt ekspres marşrutlarında gedişhaqqı 10 qəpik artırılacaq
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
Ən çox oxunanlar
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu





















