İstehlak kreditləri artıb, sənaye və istehsala verilən kreditlər azalıb
2021-ci ilin Yanvar ayında istehlak kreditləri portfeli 46,1 milyon manat artıb.
Marja Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 2020-ci ilin dekabr ayının sonunda istehlak kreditləri portfeli 4 milyard 615 milyon 900 min manat ikən, 2021-ci ilin yanvar ayının sonunda 4 milyard 662 milyon manat təşkil edib.
Yanvar ayında daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) verilən kreditlər isə 26,3 milyon manat artaraq 2 milyard 119 milyon 700 min manata çatıb.
Yanvarda, istehlak kreditləri ilə daşınmaz əmlakın tikintisinə və alınmasına verilən kreditlərin cəmindən ibarət olan ev təsərrüfatlarına verilən kreditlər 72,4 milyon manat artaraq 6 milyard 781 milyon 700 min manata yüksəlib. 2021-ci ilin Yanvar ayının sonunda ev təsərrüfatlarına verilən kreditlər cəmi 14 milyard 587 milyon 200 min manat kredit qoyuluşlarının 46,5%-nə bərabər olub. 2020-ci ilin sonunda bu nisbət 46,2% idi.
2020-ci ilin sonu ilə müqayisədə 2021-ci ilin yanvar ayında cəmi kredit qoyuluşları 56,8 milyon manat artaraq 14 milyard 587 milyon 200 min manata çatıb.
Yanvar ayında ticarət və xidmət sektoruna verilən kreditlər 500 min manat, energetika, mədənçıxarma, kimya və təbii ehtiyatlar sektoruna verilən kreditlər 246,5 milyon manat, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektoruna verilən kreditlər 6,8 milyon manat, inşaat və tikinti sektoruna verilən kreditlər 34 milyon manat, maliyyə sektoruna kredit qoyuluşları 6,4 milyon manat artıb, sənaye və istehsal sektoruna verilən kreditlər 268,5 milyon manat, nəqliyyat və rabitə sektoruna verilən kreditlər 16.3 milyon manat, digər sektorlara verilən kreditlər 7 milyon manat, faktorinq əməliyyatları 10,2 milyon manat azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 18 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















