Mikromaliyyə təşkilatlarının rəqəmsallaşmalarındakı çətinliklər sadalandı
“Rəqəmsallaşma mikromaliyyə təşkilatlarında da xərclərin azalmasına, məhsulların və xidmətlərin ucuzlaşmasına və təşkilatların fəaliyyətlərinin dayanıqlığının artmasına səbəb olur”.
Marjanın məlumatına görə, bunu “Pandemiya sonrası perspektivlər: Rəqəmsallaşmağa doğru” mövzusunda 10-cu Azərbaycan Mikromaliyyə Konfransında Azərbaycan Mikromaliyyə Assosiasiyasının İdarə Heyətinin Sədri Cəlal Əliyev bildirib.
O qeyd edib ki, mikromaliyyə təşkilatlarının rəqəmsallaşmaları üçün bir sıra çətinliklər mövcuddur. Bu çətinliklər təşkilatlardan kənar və təşkilatdaxili çətinliklərdir:
“Mikromaliyyə təşkilatlarından kənar çətinliklərdən əlverişli texnologiya təchizatçılarının azlığını, istehlakçıların, yəni maliyyə xidmətləri istifadəçilərinin maliyyə biliklərinin aşağı olmasını, məlumatların təhlükəsizliyi məsələsini qeyd edə bilərəm. Maliyyə xidmətləri istifadəçilərinin biliklərinin artırılması və təhlükəsizlik xüsusi diqqətdə saxlanılmalıdır.
Daxili çətinliklər isə rəqəmsallaşmaya investisiya imkanlarının məhdud olması və bu sahə üzrə peşəkar kadrların olmamasıdır. İnvestisiya həm rəqəmsallaşmanın tətbiqi, həm də kadrların peşəkarlığının artırılması üçün tələb olunur”.
Tədbirdə aşağıda qeyd edilən mövzuların müzakirəsi planlaşdırılır: Mikrokreditləşmənin rəqəmsallaşması: Çətinliklər və İmkanlar, Qeyri-müəyyən zamanlarda yenilik: mikromaliyyədə rəqəmsallaşdırmanın gücləndirilməsi.
Qeyd olunan mövzulara əlavə olaraq, Konfransda Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” (ADSMIRRA) layihəsinin nəticələri haqqında ümumu məlumatların verilməsinə xüsusi sessiya həsr olunacaq. Bu sessiyada layihənin Maliyyə Savadlılığı üzrə nəticələr, əldə olunan uğurlar və çətinliklər, layihə benefisiarları üçün yeni imkanlar müzakirə olunacaq.
Tədbir zamanı Azərbaycan Mikromaliyyə Assosiasiyasının İdarə Heyətinin Sədri cənab Cəlal Əliyev ilə bərabər, Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru xanım Jalə Hacıyevanın, Azərbaycan Respublikasının Kiçik və Orta biznesin inkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini cənab Mehman Abbasın, Konfederasiyasının (ASK) Vitse-Prezidenti cənab Vüqar Zeynalovun, Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü cənab Mahir Abbaszadənin, Polşa Mikromaliyyə Mərkəzinin (MFC) məsuliyyətli maliyyə üzrə eksperti xanım Eva Bankovskanın çıxışları gözlənilir.
10-cu Azərbaycan Mikromaliyyə Konfransını canlı www.facebook.com/AMFA.Azerbaijan səhifəsində izləyə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 18 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















