Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım - BANKLAR MİKROMALİYYƏ TƏŞKİLATLARININ MÜŞTƏRİLƏRİNİ NECƏ ÖZLƏRİNƏ ÇƏKİRLƏR?
“Hesablaşma-kassa xidmətləri göstərən banklar mikromaliyyə təşkilatlarının müştərilərini əziyyətsiz öz tərəflərinə çəkirlər. Bunun səbəbi mikromaliyyə təşkilatlarının hesablaşma-kassa xidmətini göstərə bilməmələri və bu məqsədlə müştərisini banka göndərmələridir”.
Marjanın məlumatına görə, bunu “Pandemiya sonrası perspektivlər: Rəqəmsallaşmağa doğru” mövzusunda 10-cu Azərbaycan Mikromaliyyə Konfransında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Vitse-Prezidenti Vüqar Zeynalov bildirib.
Vüqar Zeynalov deyib ki, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyas Kiçik və Orta biznesin inkişafı Agentliyilə birgə mikromaliyyə institutlarının hesablaşma-kassa əməliyyatlarının aparılmasına icazə verilməsi təklifilə çıxış edib:
“Mikromaliyyə təşkilatları tək kredit ayırmaq ilə deyil, eyni zamanda digər alətlər ilə də özləri özlərni inkişaf etdirə bilməlidirlər. Əgər bu gün mikromaliyyə təşkilatları hesablaşma-kassa əməliyyatları apara biləsələr, onların üzləşdikləri çətinliklər azalar. Mikromaliyyə təşkilatları krediti ayırırlar, amma hesab hansısa bankdadır. Adətən, bank həmin müştərini öz tərəfinə çəkir, bu da mikromaliyyə təşkilatının dayanıqlılığına mənfi təsir edir. Bu və digər təşviqlər mikromaliyyə təşkilatlarının genişlənməsinə və ölkədə mikrobiznesin güclənməsinə gətirib çıxaracaqdır”.
Vüqar Zeynalov əlavə edib ki, mikromaliyyə təşkilatlarının ucuz maliyyə cəlb etmələrində çətinliklər mövcudddur: “Əgər mikromaliyyə təşkilatları ucuz maliyyə vəsaitləri əldə edərsə kreditlər də biznes və əhali üçün daha sərfəli olacaqdır”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 18 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















