“Günay Bank”dan iddialara reaksiya!
Mətbuatda əsassız yayımlanan məlumatlara “Günay Bank” ASC-dən cavab!“Günay Bank” ASC son həftə ərzinfə bir neçə Kütləvi İnformasiya Vasitələri səhifələrində Bankın fəaliyyəti ilə bağlı təqdim olunan əsassız məlumatlara cavab olaraq açıqlama yayıb.
Bankdan Marja-ya daxil olmuş açıqlamada bildirilir ki, məlumatlarda qeyd olunan göstəricilərin əksəriyyəti Bankın ictimaiyyətə təqdim etdiyi rəsmi hesabatlarla ziddiyyət təşkil edir.
“Günay Bank” ASC-nin ötən ilin əvvəlindən bugünə qədər davam edən pandemiya, həmçinin il ərzində yaranmış digər ciddi vəziyyətlərin iqtisadi durumla bağlı yaratdığı çətinliklərə baxmayaraq milli və dövlət maraqlarımıza dəstək olan ianələrdən geri qalmadığı, bank öhdəliklərində heç bir axsaqlığın olmadığı, həm müştəri, həm də işçi kollektivinin bütövlüyünü qoruduğu ictimaiyyətimizə məlumdur.
Odur ki, “Günay Bank“ ASC bütün KİV-ləri əsası olmayan məlumatların paylaşılmasına dəstək olmamağa və Bank barədə istənilən məlumatı Bankın İctimaiyyətlə əlaqələr şöbəsindən dəqiqləşdirilərək yaymağa çağırır.
Qeyd edək ki, bir sıra saytların yaydıqları məlumatda “Günay Bank”ın maliyyə göstəriciləri, o cümlədən bölüşdürülməmiz zərər və mənfəət haqqında qeyri-dəqiq məlumatlar paylaşılıb.
Yayımlanmış məlumata görə, guya "Günay Bank" 2020-ci ilin yekun illik hesabatını hələ də açıqlamayıb. Bu məlumat yalandır. 28 Yanvar 2021-ci il tarixində "Günay Bank" 2020-ci il üzrə maliyyə göstəricilərini rəsmi internet səhifəsində yerləşdirib.
Qeyd edək ki,Qeyd edək ki, “Günay Bank” ASC 2020-ci ili 408 min manat xalis mənfəət ilə başa vurub. Ötən il Günay Bankın faiz gəlirləri artıb, faiz xərcləri isə azalıb. Bankın qeyri-faiz gəlirləri isə 8 milyon 461 min manatdan 5 milyon 650 min manata geriləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















