
“PMD Projects” MMC beynəlxalq sertifikat aldı

(®️) “PMD Projects” MMC tikinti layihələrinin idarə olunması və inkişaf etdirilməsi sahəsində fəaliyyət göstərən qabaqcıl yerli şirkətlərdən biridir. Təcrübəli və səriştəli heyəti ilə Azərbaycanın müxtəlif bölgələrində yaşayış binalarının, mehmanxanaların, iaşə obyektlərinin, eləcə də, kənd təsərrüfatı təyinatlı və digər obyektlərin tikintisi layihələrini həyata keçirir.
Yarandığı 2018-ci ildən etibarən, “PMD Projects” MMC həyata keçirdiyi tikinti layihələrində PMI, RIBA, RICS, FIDIC, ISO kimi beynəlxalq təşkilatların standartlarını tətbiq edir. Eyni zamanda, icra olunan layihələrin keyfiyyət, büdcə və qrafik baxımından daha effektiv idarə edilməsi istiqamətində şirkətin layihə və funksional struktur vahidlərinin inteqrasiyasının təmin olunması məqsədilə ən müasir təşkilati struktur üsulları istifadə edilir. “PMD Projects” MMC-nin strateji hədəfləri ilə şirkət tərəfindən həyata keçirilən tikinti layihələrinin məqsədlərinin uzlaşdırılması tam şəkildə təmin olunur.
Bu işlərin davamı olaraq “PMD Projects” MMC növbəti uğuruna imza atmışdır. Şirkətdə tətbiq olunan müasir və qabaqcıl idarəetmə üslublarının beynəlxalq idarəetmə standartlarına uyğunluğunu təftiş və təsdiq etmək məqsədi ilə ISO 9001:2015 standartı üzrə beynəlxalq sertifikasiyanın 2020-ci ildə əldə edilməsi barədə şirkət tərəfindən qarşıya hədəf qoyulmuşdur. 2020-ci il ərzində ölkəmizdə pandemiyaya görə karantin rejiminin tətbiqinə və müharibə şəraitinin elan olunmasına baxmayaraq, şirkət icra etdiyi layihələrdə tətbiq olunan idarəetmə sistemlərinin ISO 9001:2015 standartının tələblərinə cavab verməsi üzrə yoxlamadan uğurla keçmiş və müvafiq sertifikatı əldə etmişdir.
Ümumilikdə sözügedən sertifikatın alınmasına nail olmaq üçün şirkətin bütün struktur vahidləri cəlb edilmiş və hər bir əməkdaş bu prosesə öz töhfəsini vermişdir. Bu da “PMD Projects” MMC-nin bir komanda olaraq ən çətin şəraitdə belə çağırışlara hazır olduğunu və müəyyən edilmiş hədəflərə müvəffəqiyyətlə çata bildiyini nümayiş etdirir. ISO 9001:2015 standartının tələblərinə cavab verən idarəetmə sistemi gələcəkdə “PMD Projects” MMC tərəfindən məhsul və xidmətlərin daha yüksək keyfiyyətdə sifarişçilərə çatdırılmasını, eləcə də, yüksək effektivlik və məhsuldarlıq gözlənilməklə daha da müştəri yönümlü olmağı təmin edəcək.
Həmçinin qeyd olunmalıdır ki, Beynəlxalq Standartlaşdırma Təşkilatı ISO (ing. International Organization for Standardization) beynəlxalq təşkilat olub müxtəlif sahələr üzrə standartların hazırlanması ilə məşğuldur. ISO dövlətlərarası sahədə standartları təmin etmək məqsədilə 23 fevral 1947-ci ildə təsis olunmuşdur, hazırda təşkilata 165 ölkə üzvdür. Bu da o deməkdir ki, ISO 9001:2015 standartının tələblərinə uyğunluq sertifikatının əldə edilməsi bütün üzv ölkələrdə tanınır və beynəlxalq bazarlara çıxmaq üçün mühüm amillərdən biridir.
Müştərilərin xəbərləri

“OBA” marketlər şəbəkəsinin İnsan Resurslarında beynəlxalq standartlara uyğun yeni mərhələ: SAP HR moduluna uğurlu keçid
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 11 saat əvvəl
-
11 saat əvvəl
FAB Şirkətlər Qrupu Orta Asiya bazarına böyük həcmli ixraca hazırlaşır
-
-
11 saat əvvəl
"FED-in müstəqilliyini itirməsi halında qızılın qiyməti 5000 dollara çata bilər"
- 12 saat əvvəl
-
12 saat əvvəl
Mal-qaranın və keçi-qoyunların sayı ən aşağı həddə düşüb, ölkəyə ət idxalı 17,5 % artıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Qeyri-neft-qaz sektorun vergi daxilolmaları 690,4 milyon manat çox olub
-
12 saat əvvəl
"Rebuild Karabakh 2025"də sahibkarlar üçün ödənişsiz stend təklif olunur
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər

“OBA” marketlər şəbəkəsinin İnsan Resurslarında beynəlxalq standartlara uyğun yeni mərhələ: SAP HR moduluna uğurlu keçid


“Zamex”dən vətəndaş şikayətləri artıb

Azərbaycanda külək turbinləri istehsal oluna bilər - Türkiyə şirkətlərilə görüş keçirilib, Azərbaycana dəvət olunublar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

“Azərşin” ləğv oluna bilər

"Maybo" şirkətinin xalis mənfəəti kəskin artıb

Yanğın hadisələri üzrə fermerlərə 29 min manat ödəniş edilib

AZCON-da yeni təyinat olub

Özəl bank dövlət bankının səhmdarları sırasına daxil olub

"Prime Cotton" 30 illik yubileyində pambıqçılar üçün ənənəvi “Açıq Tarla Günü”nü keçirdi

Batareya Saxlanc Sistemləri qurulur - Azərbaycanda deyil, bütövlükdə MDB-də ilk olacaq
