Depozit portfeli 1 milyard manatdan çox olan 4 bank
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il yanvarın 1-nə depozit portfeli 1 milyard manatdan çox olub.
Bunlar “Azərbaycan Beynəlxalq Bankı” (5 milyard 549 milyon 577 min manat), “PAŞA Bank” (4 milyard 14 milyon 761 min manat), “Kapital Bank” (3 milyard 805 milyon 619 min manat) və “Xalq Bank”dır (1 milyard 590 milyon 492 min manat).
Qalan 22 bankdan 5-də depozit portfeli 500 milyon manatdan 1 milyard manata qədər, 12 bankda 100-500 milyon manat arasında, 4 bankda 10-100 milyon manat arasında, 1 bankda isə 10 milyon manatdan azdır.
15 bankın depozit portfeli azalıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 11-nün bu il yanvarın 1-nə depozit portfeli illik müqayisədə çox olub.
Bunlar Pakistan Milli Bankının Bakı filialı, “Zıraat Bank Azərbaycan”, “Naxçıvan Bank”, “Bank VTB Azərbaycan”, “Turan Bank”, “Kapital Bank”, “Günay Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Bank of Baku” və “Bank BTB”dir.
Ən yüksək dinamika Pakistan bankında (7,2 dəfə), ən aşağı dinamika isə “Bank BTB”də (4,5%) qeydə alınıb.
Qalan 15 bankın isə depozit portfeli azalıb. Ən çox azalma “AFB Bank”da (70,9%), ən az azalma isə “Azər-Türk Bank”da (0,2%) qeydə alınıb.
“Renkinq”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















