"S&P" Azərbaycanın qeyri-dövlət borcu üzrə proqnozunu açıqlayıb

"S&P Global Ratings" ("S&P") reytinq agentliyi Azərbaycanın qeyri-dövlət borcunun 2021-ci ilin sonuna 9,5 mlrd. ABŞ dolları təşkil edəcəyəni proqnozlaşdırır.
Reytinq agentliyinin verdiyi məlumata görə, 2020-ci ilin yekunlarına əsasən, bu göstərici 9 mlrd. dollara bərabər olub. Beləliklə, gözləntilərə əsasən, ölkənin qeyri-dövlət borcu 5,6% artacaq.
"S&P" qeyd edir ki, 2020-ci ildə Azərbaycanın qeyri-dövlət borcu ölkənin ümumi borcunun 63,2%-ni təşkil edib. Dövlət borcunun 97,7% uzunmüddətli sabit faizli, 2,3%-i isə qısamüddətli borclar olub. Ölkənin ümumi borcunun 57,9%-i xarici valyutadadır. Bundan əlavə, ümumi borcun 36,9%-i beynəlxalq maliyyə qurumlarına olan borcların payına düşür.
Agentliyin araşdırmasına görə, inkişafda olan ölkələr arasında 2020-ci ilin sonuna ən yüksək qeyri-dövlət borcu Misirdə (292,1 mlrd. dollar və ya ümumi borcun 85,6%-i) olub. Ölkənin bu göstəricisinin 2021-ci ildə 314 mlrd. dollara çatacağı proqnozlaşdırılır. Sözügedən göstəriciyə görə ikinci olan Rusiyanın isə 2020-ci ilin sonuna 228,5 mlrd. dollar (ümumi borcun 99,6%-i) həcmində qeyri-dövlət borcu yığılıb. "S&P"nin proqnozlarına əsasən, bu göstəricinin 2021-ci ilin sonuna 270,4 mlrd. dollara qədər artacağı güman edilir.
Qeyd edək ki, "S&P"nin təxminləri hökumətlər adından dərc olunan borclar üzrə göstəricilərə əsaslanır. Yerli və sosial təminat borcları, digər dövlət qurumları tərəfindən verilmiş borclar və hökumət tərəfindən zəmanət verilən öhdəliklər bura daxil deyil.
Qeyri-dövlət borcu alətləri baxımından agentlik bura müddəti bir ildən çox olan və ya ümumi bazarlarda çıxarılan və ya xüsusi yerləşdirmə şəklində satılan istiqrazları və kommersiya banklarının alınan borclarını daxil edir. Pul siyasəti çərçivəsində mərkəzi banklar tərəfindən verilə biləcək dövlət borcları bura daxil deyil.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
16 d. əvvəl
Hacıqabul Quşçuluq Şirkətində Anım Günü ilə əlaqədar tədbir keçirilib
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 13 saat əvvəl
-
20 saat əvvəl
"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
-
20 saat əvvəl
Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb
- 21 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Sentyabrın 28-də gözlənilən hava şəraiti

AzMDF-in anbarında baş vermiş yanğın məhdudlaşdırılıb

Azərbaycan BOKT-nun adı dəyişdirilib

Azərbaycanda Anım Günüdür

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
Ən çox oxunanlar

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib

Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb

IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir
