Mərkəzi Bank nağdsız ödənişlərdə fərqlənən bankların adlarını açıqladı
Mərkəzi Bank tərəfindən Azərbaycan Banklar Assosiasiyası ilə birlikdə rəqəmsal ödənişlərin genişləndirilməsi, innovativ ödəniş həllərinin tətbiqi, elektron bankçılığın inkişafı istiqamətlərində 2020-ci ildə elan edilmiş nominasiyalar üzrə nəticələr müəyyən edilib.
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, sözügedən müsabiqə çərçivəsində 5 nominasiya üzrə aşağıdakı banklar qalib olmuşdur:
“Ödəniş kartları ilə nağdsız ödənişlər üzrə lider bank” – “Unibank” KB ASC;
“İnternet bankçılıq xidməti üzrə lider bank” – “PAŞA Bank” ASC;
“Mobil bankçılıq xidməti üzrə lider bank” – “Kapital Bank” ASC;
“Təmassız ödənişlər üzrə lider bank" – “PAŞA Bank” ASC;
“Təmassız POS-terminal infrastrukturu üzrə lider bank” – “PAŞA Bank” ASC.
Mərkəzi Bank bildirib ki, rəqəmsal ödənişlərin artırılması istiqamətində görülən tədbirlər nəticəsində 2020-ci ilin göstəricilərinə əsasən ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların ümumi həcmi 2019-cu il ilə müqayisədə 26%, nağdsız hesablaşmaların həcmi 34% artmışdır. Ölkədə elektron ticarət vasitəsilə aparılan əməliyyatların sayı 55%, həcmi isə 22% artmışdır. Təmassız ödənişlərin sayı və həcmi isə 2019-cu ilin göstəricilərini müvafiq olaraq 4.3 və 5.4 dəfə üstələmişdir.
Mərkəzi Bank qalibləri təbrik edir və bütün bankları müasir dövrümüzdə zəruriliyi daha da aktuallaşan təmassız texnologiyaların və rəqəmsal ödəniş imkanlarının artırılması, elektron bankçılığın inkişafı, bank müştərilərinin yaradılmış imkanlardan daha geniş istifadəyə cəlb edilməsi istiqamətində fəaliyyətlərində aktiv olmağa çağırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















