PAŞA Bank nağdsız ödənişlərə verdiyi töhfəyə görə 3 nominasiyanın qalibi seçilib
Mərkəzi Bank ilə Azərbaycan Banklar Assosiasiyası tərəfindən 2020-ci ildə rəqəmsal ödənişlərin genişləndirilməsi, innovativ ödəniş həllərinin tətbiqi və elektron bankçılığın inkişafı istiqamətlərində elan edilmiş nominasiyaların qalibləri bəlli olub. Ölkənin aparıcı maliyyə institutu PAŞA Bank, bu müsabiqə çərçivəsində 5 nominasiyadan 3-ü üzrə qalib seçilib.
Belə ki, PAŞA Bank, “İnternet bankçılıq xidməti üzrə lider bank”, “Təmassız ödənişlər üzrə lider bank" və “Təmassız POS-terminal infrastrukturu üzrə lider bank” nominasiyalarında fərqləndirilib.
Xatırladaq ki, PAŞA Bank, Azərbaycanda nağdsız ödənişlərin inkişafı üzrə dövlət proqramının həyata keçirilməsinə töhfə verən bir sıra mühüm layihələr həyata keçirib. Sumqayıt şəhərində ictimai nəqliyyatda ilk dəfə olaraq gediş haqqının təmassız ödəniş kartları və NFC cihazları ilə ödəmə sisteminin təqdim edilməsi bu layihələr sırasındadır. Həmçinin PAŞA Bank tərəfdaşlarla birgə SOCAR yanacaqdoldurma məntəqələri şəbəkəsində QR kod texnologiyasına əsaslanan ödəmə həllini də istifadəyə verib.
Bazarda ən müasir texnoloji maliyyə vasitələrini və həlləri tətbiq edən PAŞA Bank, bu istiqamətdə fəaliyyətini genişləndirmək niyyətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















