Rabitəbankdan “İnvoysların maliyyələşdirilməsi” krediti
(®️) Sahibkarlar üçün rahat bankçılıq xidmətləri təklif edən Rabitəbank onları sevindirməyə davam edir. Bu dəfə bank iş adamlarının maliyyə resurslarına daha optimal və çevik çıxışını təmin etmək məqsədilə “İnvoysların Maliyyələşdirilməsi” biznes kredit məhsulunu təqdim edir.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan kiçik və orta biznes sahibləri, rəsmi müqavilələr üzrə mal və xidmətlər satan fiziki və hüquqi şəxslər elan edilmiş invoys və hesab-faktura əsasında debitor borclarının ödənişi məqsədi ilə “İnvoysların Maliyyələşdirilməsi” kreditindən yararlana bilərlər. Bu kreditin əsas üstünlüyü ondadır ki, ənənəvi biznes krediti ilə müqayisədə daha əlverişli faiz dərəcələri təklif olunur və sahibkarlar minimal sənəd tələbi ilə girovsuz kredit əldə edə bilərlər. Müvafiq sənədləri təqdim etmiş sahibkarlara Rabitəbank tərəfindən invoysda göstərilmiş məbləğin 90%-dək kredit limiti ayrılır.
“İnvoysların Maliyyələşdirilməsi” kreditinin digər xüsusiyyətləri:
- Maliyyələşdirilmə limiti: 30 000 AZN - 1 000 000 AZN
- Müddət: 3 ayadək
- Güzəşt müddəti: 2 ay
- İllik faiz dərəcəsi: 12%-dən başlayaraq
Müxtəlif biznes ehtiyaclarını qarşılamaq, habelə işini irəliyə aparmaq istəyən biznes sahibləri, Rabitəbankın təqdim etdiyi bu imkanlar məhz sizin üçündür! Xüsusilə pandemiya dövründə kiçik və orta biznesinizi daha da böyütmək üçün filiallarımıza müraciət edə və ya bankın rəsmi veb-saytında krediti onlayn sifariş edə bilərsiniz. Tələb olunan sənədlər və digər şərtlər barədə daha ətraflı məlumatı bu linkə keçid etməklə əldə edə bilərsiniz - http://rbt.az/invoys
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, "Rabitabank Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 2 d. əvvəl
-
- 49 d. əvvəl
-
1 saat əvvəl
CFI Financial Group-dan rekord nəticə - İlk rübdə 2,3 trilyon dollarlıq ticarət dövriyyəsi
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Rəsmi məzənnələr açıqlandı
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 14 GÜN
Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın sığorta bazarı 5 %-ə yaxın böyüyüb
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib







.jpg)






.jpg)





