“İcra başçısının müavini zəng etdi ki, obyekt sökülməlidir”
Bakı-Ələt-Astara yolunun üzərində yerləşən yanacaqdoldurma məntəqələrinin və restoranların sökülməsi ilə bağlı məsələ ölkə ictimaiyyəti tərəfindən müzakirə olunur.
Məlumata görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan araşdırma zamanı obyektlərə dair sənədlərin qanunsuz olduğu ortaya çıxıb və SOCAR yanacaqdoldurma məntəqəsinin, “Lukoil”a məxsus 3 yanacaqdoldurma məntəqəsinin və iki ədəd “Hacıoğlu” restoranı, “Cız-Bız”, “Ulduz”, “Masallı-2”, “Masallı-3”, “İpək yolu” kafelərinin fəaliyyəti bu qurum tərəfindən dayandırılıb və sökülməsi gözlənilir.
Salyan rayonuna gedərək kafe sahibləri ilə söhbətləşdik.
“Masallı” kafesinin sahibi İsrafil Abdullayev saytımıza bildirib ki, obyektinə aid bütün sənədlər qaydasındadır: “Kafe 1994-cü ildən fəaliyyət göstərir. Bir neçə il əvvəl yeni yol istifadəyə veriləndən sonra bir müddət işləmədik. 2020-ci ildə “Azəravtoyol”a müraciət etdik və texniki şərt verildikdən sonra magistral yoldan kafeyə köməkçi yol ayrıldı. Bütün bunlar normativlərə, qanunlara uyğun həyata keçirilib. Obyektin də daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı var. Bütün sənədlər qaydasındadır, hər şey qanun çərçivəsində aparılıb.
Təxminən bir ay əvvəl Salyan rayon İcra Hakimiyyətinin birinci müavini Etibar Hüseynov zəng edib dedi ki, əsas yola bitişik yol bağlanmalıdır, obyekt də sökülməlidir. Mən də etirazımı bildirdim ki, mənim “kupça”m var, “Azəravtoyol”un verdiyi texniki şərtim var. İki gün əvvəl də gəlib yolu qazdılar, magistraldan ayırdılar. Hələ ki, söküntü ilə bağlı bir söz deyilməyib.
Bir ay əvvəl Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsindən gəlib sənədlərimizi istədilər, hər bir sənədi təqdim etdim, araşdırdılar. Sonra dedilər hər şey qaydasındadır, yaxşı yol, işinizdə olun. Mən pandemiya zamanı əlavə təmir işləri gördüm, yolun çəkilməsinə xərcim çıxdı. Biz də pandemiyadan sonrakı dövrə hazırlaşırdıq. Amma indi heç kim demir ki, buna görə kompensasiya veriləcək, ya yox. Kimsə çıxıb desin ki, gedin sakit oturun, biz də işimizi bilək. Ümumiyyətlə, biz bilmirik ki, bu qərarı hansı təşkilat verib. Bunu bilsək, gedib dərdimizi də onlara deyərdik”.
SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov açıqlamasında bildirib ki, sözügedən yanacaqdoldurma məntəqəsi müqavilə ilə SOCAR brendindən istifadə etməklə fəaliyyət göstərib: “Bu yanacaqdoldurma məntəqəsi franşiza əsasında, yəni SOCAR-ın brendindən istifadə barədə müqaviləyə əsasən fəaliyyət göstərib. Belə ki, məntəqənin özü SOCAR-a məxsus olmayıb. Franşiza sazişində qarşı tərəf olan sahibkar həmin müqavilənin dayandırılması ilə bağlı bildiriş verib”.
“Ulduz”kafesinin administratoru Həsrət Salayev də deyib ki, onlara da fəaliyyətlərini dayandırmaq və obyekti sökmək barədə göstəriş verilib: “Bir neçə gündür söküntüyə başlamışıq, indi hava şəraitinə görə fasilə vermişik”. H.Salayev bu barədə ətraflı danışmaq istəməyib.
Salyan rayon İcra Hakimiyyətinin rəsmiləri isə obyektlərin sökülməsinin səbəbi barədə açıqlama verməkdən imtina ediblər.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
"Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 saat əvvəl
-
4 saat əvvəl
ABŞ ordusu Hörmüz boğazında blokadanı yarmağa çalışan gəmilərə güc tətbiq edəcək
-
-
4 saat əvvəl
Dövlət agentliyinin nizamnamə kapitalı 100 milyon manata yaxın artırılıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Taksi sürücüləri üçün gəlir əsaslı avtomobil lizinqi - 8,3 MİLYON MANAT İNVESTİSİYA CƏLB EDİLİB
-
5 saat əvvəl
Gömrük Komitəsi Ermənistandan 960 dollarlıq idxala aydınlıq gətirib - QIZIL GÜLLƏR...
-
5 saat əvvəl
"Avropada cəmi 6 həftəlik aviasiya yanacağı qalıb, bəzi uçuşlar ləğv oluna bilər"
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Lombard şirkəti "BQ" 52 investordan illik 15%-lə 2 milyon manat borc aldı
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Zəngilanda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib, protokol və yol xəritəsi imzalanıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Gömrük Komitəsi Ermənistandan 960 dollarlıq idxala aydınlıq gətirib - QIZIL GÜLLƏR...
Azərbaycanın pomidor ixracından gəliri cüzi artıb
Speedtest Global Index: Son 1 ildə Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 24%, mobil internetin sürəti isə 28% artıb
Ən çox oxunanlar
Prezident İlham Əliyev Türkiyədə şəfərdədir
Nissan Çinin avtomobil istehsalçısı ilə danışıqlar aparır: Ortaq istehsal gündəmdədir
PAŞA Bank, Dövlət Vergi Xidməti aksizli mallar üzrə yeni rəqəmsal ödəniş həlli təqdim edib
Aprelin 17-də gözlənilən hava şəraiti















.jpg)





