Pandemiyadan qazanc – 4,3 milyard dollar
ABŞ hüquq şirkəti Latham & Watkins bununla sektorda qlobal liderlərdən birinə çevrilib.ABŞ-ın ən köklü hüquq şirkətlərindən biri, 1934-cü ildə yaradılmış Latham & Watkins 2020-ci ilin yekunlarına dair göstəricilərini açıqlayıb. Marja xəbər verir ki, pandemiyanın yaratdığı çətinliklərin öhdəsindən məharətlə gəlməyi bacaran Latham-ın əldə etdiyi 4,3 milyard dollar gəlir şirkət tarixində rekord göstəricidir.
Hələ 2007-ci ildə Latham & Watkins illik 2 milyard dollar gəlirə çatan ilk ABŞ şirkəti olmuş, 2018-ci ildə isə bu göstəricini 3 milyard dollarlıq rekordla yeniləmişdir. 4500 əməkdaşı olan şirkət 2020-ci ildə gəlirlərini 15 faiz artırmış və hər bir səhmdarına əvvəlki ilə nisbətən 20 faiz daha çox mənfəət ödəmişdir. Bu isə orta hesabla 524 partnyorun hər birinə 4,5 milyon dollar təşkil edir.
Şirkətin idarəçi partnyoru Rich Trobmanın qeydlərinə görə: “Ötən il bizim sövdələşmələr, məhkəmə və normativ prosedurlara dair xidmətlərimizə qlobal tələbat artıb, dünyanın hər yerindəki filiallarımız vasitəsilə sifarişlər daxil olub”. Şirkət bununla 2019-cu ildə 4,15 milyard dollarlıq göstərici ilə lider olan Çikaqonun hüquq firması Kirkland & Ellis-i də ötüb.
ABŞ hüquq şirkətlərinin əksəriyyəti COVID-19 böhranının ardınca 2020-ci ili mənfəətlə başa vurub. Qlobal miqysda müxtrəlif korporativ sövdələşmələr, səhmlərin alqı-satqısı, bəzi sənaye nəhənglərinin biznesini tamamilə başqa şirkətlərə satması hüquqşünasların xidmətlərinə tələbatı görünməmiş dərəcədə artırıb. Refinitiv-in məlumatlarına görə, 2020-ci ildə qlobal miqyasda birbaşa investisiya sövdələşmələri 2007-ci ildən bəri ən yüksək həddə - 559 milyard dollara çatıb. İl ərzində 8 mindən çox sövdələşmə elan edilib ki, bu da 1980-ci illərdən bəri ən yüksək göstəricidir.
Ötən ilin sonunda qlobal hüquq şirkətləri, o cümlədən Cravath, Swaine & Moore və Clifford Chance gərgin iş rejiminə görə hər işçiyə orta hesabla 100 min dollar bonus ödəyib.
Latham-ın 2020-ci ildəki ən böyük sifarişləri ABŞ-ın çip istehsalçısı Nvidianın Böyük Britaniyalı rəqibi Arm-ı 40 milyard dollara satın alması ilə əlaqədardır. Bundan başqa şirkət 2020-ci ilin son IPO-sunda, Airbnb-nin 3.4 milyard dollarlıq səhm satışında da hüquq məsləhətçisi qismində iştirak edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 23 saat əvvəl
-
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?























