Google pul kisəsinin ağzını açır: 7 milyard dollar
Texnologiya nəhəngi cari ildə ABŞ-dakı ofislərinə və data mərkəzlərinə bu qədər investisiya yatırmağı planlaşdırır.Transmilli Amerikan texnologiya şirkəti, Amazon, Facebook, Microsoft və Apple ilə birlikdə ABŞ-ın beş ən böyük texnoloji nəhənglərindən olan Google LLC bu il həyata keçirəcəyi layihələr barədə açıqlama yayıb. Marja xəbər verir ki, Şirkətin baş icraçı direktoru Sunjay Pichainin bildirdiyinə görə, Nebraska, Cənubi Karolina və Texasdakı data mərkəzlərinin, eləcə də Atlanta, Kolumbiya Əyaləti, Vaşinqton, Çikaqo və Nyu-Yorkdakı ofislərin genişləndirilməsi üçün Google bu il 7 milyard dollarından keçməyə hazırdır.
Bu vəsait keçən il Google-un ABŞ-da xərclədiyi 10 milyard dollardan az olsa da, 10 min yeni tam ştatlı iş yerinin açılmasına xidmət edəcək. Hazırda Google-un ABŞ-da 84 mindən artıq əməkdaşı var. Təkcə Kaliforniyada xərclənəcək vəsait 1 milyard dollar təşkil edir.
Xatırladaq ki, ötən il ABŞ iqtisadiyyatındakı fəaliyyətlərin təxminən 426 milyard dolları təkcə Google-un göstərdiyi xidmətlərin payına düşür. Şirkətə daxilolmalar 182,5 milyard dollar təşkil edib, xalis gəliri isə 40,27 milyard dollar həcmində olub. Hazırda şirkətin əsas məhsulu olan Google.com saytı dünyanın ən çox ziyarət edilən axtarış sistemidir. Korporasiyanın digər aktivlərindən olan Youtube ikinci ən məşhur saytdır, Blogger isə ilk 20-likdə qərarlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 saat əvvəl
-
1 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
9 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)
.jpg)




.jpg)






