Azərbaycanlı iş adamı Türkiyədə ölüb - YENİLƏNİB
Azərbaycanlı iş adamı Türkiyədə ölüb.
Məlumatına görə, hadisə dünən axşam saatlarında İstanbulun Beşiktaş səmtindəki lüks otellərdən birində baş verib. Hadisənin intihar olması, eyni zamanda ehtiyatsızlıqdan baş verdiyinə dair məlumatlar var.
Bəzi mənbələrin bildirdiyinə görə, 40 yaşlı iş adamı Nihad Əliyev tapançadan başına atəş açaraq intihar edib. O, xəstəxanaya çatdırılsa da, həkimlərin səyi nəticəsi qalıb.
Digər mənbələr isə N. Əliyevin silahını təmizləyərkən ehtiyatsızlıqdan açılan atəş nəticəsində güllənin başından dəydiyi barədə məlumat yayıb.
Türkiyə polisi faktla bağlı araşdırma aparır.
XXX
Mətbuatda çıxan digər məlumatlara görə, Türkiyədə silahını təmizləyərkən ehtiyatsızlıq nəticəsində başından yaralanan Azərbaycan vətəndaşı Nihad Əliyev xəstəxanada vəfat edib.
Məlumata görə, hadisə İstanbul şəhərində Beşiktaşda yerli vaxtla saat 23:00 radələrində baş verib.
Şahidlərin ilkin ifadəsinə görə N.Əliyev silah ilə ehtiyatsız davranması nəticəsində silah açılıb və güllə onun baş nayihəsindən girib. Nəticədə N.Əliyev ağır yaralanaraq xəstəxanaya aparılıb.
Ağır yaralanan N.Əliyev yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı yerli hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
11 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)







.jpg)








