Aprel ayına olan hava proqnozu açıqlandı
Ölkə ərazisində aprel ayına olan hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aprel ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacaq.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 13-16 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından 2-4 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 8-13, gündüzlər 13-18, bəzi günlərdə 23-28 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 23-33 mm) gözlənilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 13-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2-3 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 8-13, gündüzlər 15-20, bəzi günlərdə 24-29 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan az olacağı (norma 34-59 mm) gözlənilir.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 9-11 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 10-15, bəzi günlərdə 18-23 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 54-83 mm) gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 14-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2-4 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 7-12, gündüzlər 13-18, bəzi günlərdə 23-28 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 31-54 mm) gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 12-15 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2-3 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 8-13 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 12-17, bəzi günlərdə 22-27 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 29-126 mm) gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 14-18 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2-4 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 9-14, gündüzlər 15-20, bəzi günlərdə 25-30 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 30-49 mm) gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 11-15 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 8-13, gündüzlər 13-18, bəzi günlərdə 22-27 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 41-72 mm) gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 10 d. əvvəl
- 45 d. əvvəl
-
-
1 saat əvvəl
KİV: ABŞ və İran 45 günlük atəşkəslə bağlı müzakirələr aparır
- 1 saat əvvəl
-
1 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
1 saat əvvəl
"Agro Dairy" şirkətindən Azərbaycanın aqrar sektorunda bir ilk
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
10 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
14 saat əvvəl
"Tehran razılaşmasa, İranda hər şeyi havaya uçurub, nefti ələ keçirməyi düşünürəm"
- 14 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Prezident İlham Əliyev Gürcüstana dövlət səfərindədir
Tramp İrana verdiyi müddəti 8 aprelədək uzatdı
Rəsmi məzənnələr açıqlandı
"Agro Dairy" şirkətindən Azərbaycanın aqrar sektorunda bir ilk
Neft qiymətləri yüksəlişdədir
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
Ən çox oxunanlar
"BakıKart": Aprelin 6-dan vəsaitlərin silinməsinə başlanılacaq, məhdudiyyətlər aradan qaldırılacaqdır
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
İran ABŞ-ın 48 saatlıq atəşkəs təklifini rədd edib
“Vulkan” ASC-nin rəhbərliyi növbədənkənar formalaşdırılacaq





















