“PAŞA Bank Gürcüstan”ın zərər ilə işləməsinin səbəbi açıqlandı
Azərbaycanın “PAŞA Bank” ASC-nin törəməsi olan “PAŞA Bank Gürcüstan” 2020-ci ili 10 milyon 749 min manat xalis zərər ilə başa vurub. Bank 2019-cu ili 5 milyon 472 min manat xalis zərər ilə bağlamışdı.
“PAŞA Bank Gürcüstan”nın zərər etməsinin başlıca səbəbi açıqlanıb.
Marjanın məlumatına görə, “PAŞA Bank”ın ötən ilki fəaliyyətinin və 2018-2020-ci illəri əhatə edən Strateji dövrünün nəticələrinə həsr olunan mətbuat konfransında Bankın İdarə Heyətinin Üzvü, Baş Maliyyə İnzibatçısı Bəhruz Nağıyev bildirib ki, xalis zərərin səbəbi investisiyalar ilə bağlıdır:
“PAŞA Bank Gürcüstan” artıq yeni strategiyasının 2-ci ilini yaşayır. Yeni sektora investisiya qoyurlar – istehlak bazarını inkişaf etdirirlər. Hər bir investisiyatının yatırım və gəlir götürmə mərhələləri var. Xalis zərərin səbəbi investisiyalar ilə bağlıdır. Əməliyyat xərcləri planlaşdırılan gəlirlər ilə müqayisədə yüksəkdir. Bu investisiyaların bəhrəsini növbəti ildən görməyə başlayacağıq".
Bəhruz Nağıyev əlavə edib ki, “PAŞA Bank Gürcüstan” faiz, haqq və komissiya və valyuta əməliyyatlarından gəlirlərini artırıb.
PAŞA Bankın digər törəməsi "PAŞA Bank Türkiyə" isə xalis mənfəət ilə fəaliyyət göstərib. Bank 2019-cu ili 7 milyon 694 min manat, 2020-ci ili isə 7 milyon 651 min manat xalis mənfəət ilə başa vurub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 1 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















