Dünyanın ən bahalı ikinci ədviyyatının qiyməti rekord səviyyədə!
 
 Dünyanın ən böyük vanil istehsalçısı Madaqaskarı qasırğa vurub, vanil qiymətləri bütün zamanların ən yüksək səviyyəsinə qalxıb.
"Marja" xəbər verir ki, vanilin kilosu 600 dollara çıxıb. Ötən ay Qara Qitə Afrikanın şərq sahilini vuran "Enawo" qasırğası təxminən 500 min adamı yerindən edib. Birləşmiş Millətlər Təşkilatının verdiyi açıqlamada, kənd təsərrüfatına dəymiş ziyanın sosial-iqtisadi vəziyyətə dərindən təsir etməyə başladığı xəbərdarlığı edilib.
  
 ABŞ-ın vanil və dadvericilər qrupu "Nielsen Massey"in məlumatlarına görə, dondurma, şokolad və ətirdə istifadə edilən vanil paxlanın bir kiloqramı 600 dollarla bütün zamanların ən yüksək səviyyəsindən ticarət olunur.
  
 Vanil qiymətləri, spekulyativ saxlama və artan tələbat səbəbindən son bir ildir ki, qalxırdı. Zəfərandan sonra dünyanın ən bahalı ikinci ədviyyatı olan vanilin kiloqramı 2015-ci ildə 100 dollar səviyyələrindən bu ilin əvvəlində 400-500 dollar səviyyələrinə çatıb.
  
 "Bir neçə il çətin keçəcək"
  
 Məsələ ilə bağlı olaraq "Financial Times"a danışan "Nielsen Massey"dən Kreyq Nielsen etdiyi açıqlamada, "Vanil ehtiyatları onsuz da tükənmişdi və indi də qasırğanın səbəb olduğu zərərlər var. Vanil bazarı üçün qarşıdakı bir neçə il çətin bir proses olacaq" deyə xəbərdarlıq edir. ABŞ ədviyyat və qida maddələri şirkəti "Mccormick"in İcraçı direktoru Lourens Kurzius də vanil bazarında belə bir mənzərə barədə xəbər vermişdi. İnvestorlara şirkətin ilk rüb balansını açıqlayan Kurzius, "Yüksək vanil qiymətləri 2018-də də davam edəcək" - deyə danışmışdı.
 
  "Enawo" vanil istehsalını azaldıb
  
  Ada ölkəsi Madaqaskar, dünyada vanilin 80-85%-ini istehsal edir. Qlobal vanil bazarının digər istehsalçı ölkələri arasında Papua Yeni Qvineya, İndoneziya, Uqanda və Hindistan yer alır. Vanil paxlaları tropik ərazilərdə yetişir. Vanil bitkisinin yetişməsi və istehsalçının biçin üçün gözlədiyi çəyirdəyi verməsi isə düz üç il çəkir. Hər il məhsulu götürülən bitkilərin əksinə, vanil istehsalında sürətli bir sıçrama olması mümkün deyil. Fransanın vanil taciri "Eurovanille"nin məlumatlarına görə, Madaqaskarın yaşıl vanil paxlası itkiləri  20%-ə çatır. Ötən il, quraqlıq vanil istehsalını vurmuşdu. Vanil istehsalçıları 2017-də bu itkini kompensasiya etməyi ümid edirdilər. Bu dəfə meydana gələn "Enawo" qasırğası istehsalı daha da azaldıb.
İllər üzrə vanilin qiyməti
Müştərilərin xəbərləri
 
                        Abşeron Ticarət Mərkəzində yerləşdirmiş sahibkarların dövlət proqramlarından istifadə imkanları müzakirə edilib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 
                     10 saat əvvəl
                    Azərbaycanda möhtəşəm Memarlıq və Dizayn Qala Gecəsi keçiriləcək 
- 
                         📲 İndi
 Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
 ♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
 ♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 
                     11 saat əvvəl
                    Starbucks üçün qəhvə çatdırılması xidməti artıq 1 milyard dollarlıq biznesə çevrilib 
- 
                     11 saat əvvəl
                    Qazax və Qusarda dövlət ehtiyacları üçün torpaq sahələri alınacaq 
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 
                     12 saat əvvəl
                    Azadlıq Meydanındakı yeraltı avtodayanacağın fəaliyyəti müvəqqəti dayandırılacaq 
- 
                     12 saat əvvəl
                    Azərbaycanda “Huawei”nin həllərinin təqdim edilməsi məsələləri müzakirə olunub 
Son Xəbərlər
 
                                    Azərbaycanda Vakansiyalar - Azvak.az
 
                                    Azərbaycanda möhtəşəm Memarlıq və Dizayn Qala Gecəsi keçiriləcək
 
                                    Avropa Mərkəzi Bankı faiz qərarını açıqladı
 
                                Qazax və Qusarda dövlət ehtiyacları üçün torpaq sahələri alınacaq
 
                                Çin ABŞ-dan hər il 25 milyon ton soya alacaq
 
                                Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
 
                                Misli.az-da böyük uduş: 1 manatlıq mərc 194 min manat qazandırıb
 
                                Türkiyə Mərkəzi Bankının ehtiyatları rekord səviyyədən geriləyib: 13 milyard dollar azalıb
 
                                “Azexport” və “QazTrade” arasında Anlaşma Memorandumu imzalanıb
 
                                İcra başçısı vəzifədən azad olundu
 
                                

 
                         
                    




 
                                
 
                             
                             
                            .jpg)



 
                                     
                                     
                                     
                                    



.jpg)

