PAŞA Bank və Deloitte Azərbaycanın təşkilatçılığı ilə tədbir keçirilib
Ölkənin aparıcı korporativ maliyyə institutu PAŞA Bank, Deloitte Azərbaycan şirkəti ilə birgə kiçik və orta sahibkarlığın (KOS) iqtisadi artım və inkişafdakı roluna həsr olunan tədbir keçirib.
PAŞA Bankın yaydığı məlumata görə, Aprel ayının 6-sı baş tutan onlayn görüşdə KOS-ların transformasiyası, onlara təqdim olunan yeni maliyyələşmə növləri, Azərbaycanın 2021-ci ilə dair “Biznes İnam İndeksi” hesabatı, müasir rəqəmsal trendlər və digər mühüm mövzular müzakirə edilib. Pandemiyadan ən çox zərərçəkmiş sahə olan KOS-ların bərpa prosesi və gələcək inkişaf perspektivləri ilə bağlı proqnozlar da səsləndirilib. Tədbir, PAŞA Bank və Deloitte Azərbaycan şirkətinin məruzəçilərinin çıxışından sonra panel müzakirələri ilə davam edib.
Tədbirdə açılış nitqi ilə çıxış edən PAŞA Bankın İdarə Heyətinin sədri, baş icraçı direktor Taleh Kazımov KOS-ların milli iqtisadiyyatın inkişafında əhəmiyyətli rola malik olduğunu vurğulayıb. O, PAŞA Bankın sınaqlarla dolu olan dönəmlərdə KOS-ların maliyyə çətinliklərinin aradan qaldırılması yönündəki fəaliyyətindən bəhs edib. ”Biz, Azərbaycanın aparıcı korporativ maliyyə qurumu kimi ölkə iqtisadiyyatının şaxələndirilməsi və real sektorun dayanıqlı inkişafının təmin edilməsi üçün çalışırıq”, - deyə Taleh Kazımov bildirib.
Deloitte Azərbaycan şirkətinin İdarəedici partnyoru Nuran Kərimov çıxışı zamanı PAŞA Bank və Deloitte Azərbaycan arasında mövcud olan sıx əməkdaşlıqdan və KOS-larla birgə aparılan işlərdən danışıb.
Görüş zamanı Deloitte Azərbaycan şirkəti tərəfindən hazırlanan Azərbaycanın 2021-ci ilə dair “Biznes İnam İndeksi” hesabatı təqdim edilib. Builki hesabatda makroiqtisadi təhlil, biznes əminliyinin səviyyəsi və xüsusi olaraq kibertəhlükəsizlik mövzusu öz əksini tapıb. Tədbir zamanı sözügedən hesabatda yer alan Ümumi Daxili Məhsul və proqnozlar, perspektivli sənaye sahələri, məzənnə məsələsi, orta maaş səviyyəsi və proqnozlar kimi KOS-lar üçün əhəmiyyət daşıyan məqamlar müzakirə olunub.
Tədbirdə çıxış edən PAŞA Bank nümayəndələri bankın KOS seqmentinin dayanıqlı inkişafının təmin olunması yönündə həyata keçirdiyi təşəbbüslərdən və tətbiq olunan təcrübədən, eləcə də bu seqmentin inkişaf perspektivlərindən danışıb. Həmçinin Deloitte şirkətinin Azərbaycandakı təcrübəsi əsasında KOS-ların transformasiyası ilə bağlı mövcud vəziyyət, praktiki vergi və maliyyə uçotu məsələləri haqda da məlumat verilib.
Xatırladaq ki, PAŞA Bank, bundan öncə də KOS-lara həsr olunan bir sıra tədbirlərin təşkilatçısı və sponsoru qismində yer alıb. Bank, sosial təcrid dönəmlərində pandemiyanın mənfi təsirindən daha çox zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlarla onlayn görüşlər də keçirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
6 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
8 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı














.jpg)

.jpg)



