Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Özbəkistanın quru meyvələri Azərbaycanda qablaşdırılaraq ixrac olunacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Özbəkistanın quru meyvələri Azərbaycanda qablaşdırılaraq ixrac olunacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ələt Azad İqtisadi Zonasında və ya sənaye parklarında Özbəkistan istehsalı olan quru meyvələrin qablaşdırmasının həyata keçirilməsi və 3-cü ölkələrə ixrac olunması imkanları barədə müzakirələr aparılıb.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) verilən məlumata görə, qeyd olunan məsələyə dair müzakirələr Daşkənddə keçirilən "INNOPROM: Özbəkistanda Böyük Sənaye Həftəsi" sərgisi çərçivəsində aparılıb.

Azpromo-nun təmsilçiləri sərgi iştirakçıları ilə görüşlər keçirir, qarşılıqlı ixrac və investisiya qoyuluşunun artırılması barədə fikir mübadiləsi aparırlar.

Özbəkistanın İnvestisiyaların Təşviqi Agentliyi ilə təşkil olunan görüşdə isə investisiyaların cəlb edilməsi üzrə təcrübə mübadiləsi aparılıb, birgə potensial investisiya layihələrinin həyata keçirilməsi müzakirə olunub.

azpromo quru meyvə
08.04.2021 15:39

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18

Ən çox oxunanlar