Qlobal tələbatda günlük 5,7 milyon barrel artım – neft istehsalçıları üçün ümidverici proqnoz
Beynəlxalq Enerji Agentliyi cari ildə hasilatın səviyyəsinə nikbin baxır.Beynəlxalq Enerji Agentliyi neftə qlobal tələbat üzrə aylıq bazar hesabatını açıqlayıb.
Marja xəbər verir ki, agentlik 2021-ci il üzrə qlobal tələbatın həcminə dair proqnozlarını artırsa da, “istehlakın bərpa olunma gücünə dair təhlükələrin hələ də qaldığını” bildirib.
Qərargahı Parisdə yerləşən beynəlxalq qurum cari il üzrə gündəlik neft tələbatının 5,7 milyon barrel artaraq, istehlakın sutkalıq 96,7 milyon barrelə çatacağını qeyd eddib.
Agentlik həmçinin, ötən ilin aprelində son onilliklər ərzində ilk dəfə bu qədər dibə yuvarlanan qiymətlərlə müqayisədə, hazırda fundamental göstəricilərin daha qərarlı olduğunu vurğulayıb: “Ötən il koronavirus pandemiyası səbəbindən neft ehtiyatlarının tələbatı dəfələrlə üstələməsi şoku aradan qalxmaqdadır. Kütləvi peyvəndləmə uğurla davam edir və dünya iqtisadiyyatının daha yaxşı vəziyyətdə olduğunu deyə bilərik”.
Xatırladaq ki, Opec+ iştirakçıları olan qlobal neft istehsalçıları aprelin əvvəlində artan tələbatı qarşılamaq üçün may ayından başlayaraq hasilatı tədricən artırmaq barədə ilkin razılığa gəliblər. Növbəti 3 ay ərzində gündəlik hasilat toplam olaraq 2 milyon barrel artırılacaq. Beynəlxalq Enerji Agentliyi bu qərarı şərh edərək, “razılaşmanın neft bazarındakı canlanmanı qısamüddətli perspektivdə tənzimləyəcəyini və 2021-ci ilin ikinci yarısından başlayaraq artmağa doğru gedəcək qlobal tələbatı qarşılamaq üçün təchizatı daha da yaxşılaşdıracağını” bildirib.
Dünən Opec+-un tədqiqatlar bölməsi də qlobal gündəlik tələbata dair proqnozları 190 min barrel artıraraq, ötən illə müqayisədə günlük artımın 6 milyon barrel təşkil edəcəyini açıqlayıb. Hazırda birjalarda Qərbi Texas neftinin bir barreli 1,5% artaraq 61 dollardan satılır, Brent isə 1,6% artımla 64,7 dollardan təklif olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 17 d. əvvəl
-
-
1 saat əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
1 saat əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
Azərbaycanda Qərb Sənaye Parkı yaradılır - FƏRMAN
AccessBank 2025-ci il üzrə maliyyə nəticələrini açıqladı
Ən çox oxunanlar
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib























