Çin əcnəbilər üçün rəqəmsal valyutaya keçir
İlk belə sınaq 2022-ci ilə planlaşdırılır.Çin Mərkəzi Bankı sədrinin müavini Li Bo bazar günü açıqlamasında hökumətin 2022-ci ildən etibarən əcnəbilər üçün mili valyuta yuanın rəqəmsal variantını tətbiq edəcəyini bildirib.
Marja xəbər verir ki, ilk belə sınaq olaraq 2022-ci ildə Pekin Qış Olimpiya Oyunlarına qatılacaq idmançılara və azarkeşlərin yuanın elektron variantından istifadəsinə imkan yaradılacaq.
Çin 2014-cü ildən öz milli valyutasının rəqəmsal variantı üzərində işləyir və bir sıra regionlardan pilot layihələr həyata keçirib. Hazırda Şenzen və Pekin sakinləri pərakəndə ticarətdə rəqəmsal yuandan müəyyən qədər istifadə edə bilir. Hökumət bununla həm də bütün ölkə boyunca nağdsız ödənişləri təşviq eymək niyyətindədir.
Bəzi ekspertlər Çin hökumətinin bu addımla milli valyutanı daha çox istifadə olunan beynəlxalq ödəniş vasitəsinə çevirmək və əsas qlobal ehtiyatlar valyutası olan ABŞ dollarını bazardan sıxışdırmaq məqsədi güddüyünü qeyd edir. Rəsmilər isə bununla razılaşmır: “Renminbinin (yuanın digər adı) beynəlxalq valyutaya çevrilməsi təbii bir prosesdir və nə ABŞ dollarını, nə də başqa bir aparıcı valyutanı əvəzləmək niyyətimiz yoxdur. Əsas məqsədimiz bazara seçim imkanı yaratmaq və beynəlxalq ticarət və investisiya proseslərini asanlaşdırmaqdır”- Li Bo bildirib.
Hazırda Çin Tayland, Birləşmiş Ərəb Əmirlikləri və Honkonqla ikitərəfli ticarətdə rəqəmsal yuandan istifadə imkanları barədə danışıqlar aparır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 11 d. əvvəl
-
-
1 saat əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
1 saat əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
Azərbaycanda Qərb Sənaye Parkı yaradılır - FƏRMAN
AccessBank 2025-ci il üzrə maliyyə nəticələrini açıqladı
Ən çox oxunanlar
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib






















