“Turan Bank” ilk rübü xalis mənfəət ilə başa vurub - BANKIN VƏZİYYƏTİ MƏLUM OLDU
“Turan Bank” ASC 2021-ci ilin ilk rübünü 105 min manat xalis mənfəət ilə başa vurub. Koronavirus pandemiyası ilə əlaqədar olaraq iqtisadiyyatın azalmasına baxmayaraq “Turan Bank” gəlirlərini qoruyub saxlamağı bacarıb.
Marja xəbər verir ki, 2021-ci ilin ilk rübündə “Turan Bank”ın cəmi əməliyyat gəlirləri 10 milyon 339 min manat, cəmi əməliyyat xərcləri 10 milyon 223 min manat, əməliyyat mənfəəti 119 min manat, ehtiyata ayırma 11 min manat təşkil edib. Beləliklə, Bank ilk rübü 105 min manat xalis mənfəət ilə bağlayıb.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin ilk rübündə “Turan Bank”ın cəmi əməliyyat gəlirləri 10 milyon 251 min manat, cəmi əməliyyat xərcləri 9 milyon 657 min manat, əməliyyat mənfəəti 594 min manat təşkil etmişdi. Eyni zamanda mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 51 min manat hesabına Bankın mənfəəti 645 min manata yüksəlmişdi.
BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
31 Mart 2021-ci il tarixində "Turan Bank" 597 milyon 689 min manat cəmi aktivlərə, o cümlədən 356 milyon 93 min manat kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub. Bank ötən ilin sonunda 551 milyon 736 min manat cəmi aktivlərə və 351 milyon 239 min manat kredit portfelinə malik idi.
İlk rübdə "Turanbank"dakı depozitlər 11% artaraq 31 Mart 2021-ci il tarixində 311 milyon 107 min manata çatıb.
31 Mart 2021-ci il tarixində "Turan Bank" 82 milyon 373 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 82 milyon 215 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 4 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















