“Bank Avrasiya”nın xalis mənfəəti 2 dəfədən çox artıb
“Bank Avrasiya” ASC 2021-ci ilin ilk rübünü 351 min manat xalis mənfəət ilə başa vurub. Bank 2020-ci ilin ilk rübün 145 min manat xalis mənfəət iklə bağlamışdı. Beləliklə, Bankın xalis mənfəəti 2 dəfədən çox artıb.
GƏLİRLƏRİ ARTIB
Marja xəbər verir ki, 2021-ci ilin yanvar-mart dövründə “Bank Avrasiya”nın cəmi əməliyyat gəlirləri 3 milyon 318 min manat, cəmi əməliyyat xərcləri 1 milyon 614 min manat, gəlirlər xərclərini üstələdiyindən əməliyyat mənfəəti 1 milyon 704 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 1 milyon 354 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırdığından ilk rübü 351 min manat xalis mənfəət ilə bağlayıb.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin yanvar-mart dövründə “Bank Avrasiya”nın cəmi əməliyyat gəlirləri 3 milyon 100 min manat, cəmi əməliyyat xərcləri 1 milyon 646 min manat, əməliyyat mənfəəti 1 milyon 454 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən 1 milyon 309 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırdığından ötən ilin ilk rübünü 145 min manat xalis mənfəət ilə bağlamışdı.
Gəlirlərinin artması və xərclərinin azalması xalis mənfəətin artmasını təmin edib.
31 Mart 2021-ci il tarixində "Bank Avrasiya" 158 milyon 162 min manat cəmi aktivlərə, o cümlədən 113 milyon 56 min manat kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub. Bank ötən ilin sonunda 159 milyon 703 min manat cəmi aktivlərə, o cümlədən 112 milyon 616 min manat kredit portfelinə malik idi.
31 Mart 2021-ci il tarixində "Bank Avrasiya" 70 milyon 590 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib

























