Unibank birinci rübü mənfəətlə başa vurub - MALİYYƏ NƏTİCƏLƏRİNİ AÇIQLADI

“Unibank” KB ASC 2021-ci ilin 1-ci rübünün maliyyə nəticələrini açıqlayıb.
“Unibank”dan Marja-ya daxil olmuş məlumata görə, Bank rübü əksər sahələrdə müsbət göstəricilərlə başa vurub. Bu ilin 1-ci rübündə “Unibank”ın əldə etdiyi rüblük gəlir 2020-ci ilin ilk rübü ilə müqayisədə 16% artaraq 33 milyon manat olub. 31 mart 2021-ci il tarixə Bankın əldə etdiyi mənfəət isə (prudensial hesabat üzrə) 0,6 milyon manatdır. Bankın kapitalı da artaraq 98 milyon manata çatıb.
Bankın dinamik inkişafı əsas maliyyə göstəricilərinin artımında da özünü göstərib. Maliyyə nəticələrinə əsasən, 1-ci rüb ərzində “Unibank”ın aktivlərinın həcmində 3 % artım qeydə alınıb. Bununla da hesabat dövrünə bankın cəmi aktivləri 839 milyon manat təşkil edib. İlin əvvəlindən hesabat dövrünün sonunadək bankın məcmu kapitalının həcmində 2 % artım olub. Hesabat dövrünün sonuna bankın məcmu kapitalı 84 milyon manata çatıb.
Birinci rübün nəticələrinə görə, "Unibank"ın cəmi əməliyyat gəlirləri 19 milyon manat olub. Ötən ilin uyğun dövrü ilə müqayisədə 2021-ci ilin 1-ci rübündə “Unibank”ın faiz gəlirləri 14% artaraq, 26 milyon manat təşkil edib.
Bu ilin əvvəlindən etibarən Bank ölkə iqtisadiyyatının maliyyə vəsaiti ilə təminatında aktiv iştirakını davam etdirib. Hesabat dövründə Bankın kredit portfeli böyüyüb. Təkcə birinci rüb ərzində “Unibank”ın ümumi kredit portfelinin həcmi 46 milyon manata yaxın- 8% artıb. İstər pərakəndə, istər biznes kreditlərinin ayrılmasında artım qeydə alınıb.
Məlumatda qeyd edilib ki, hər zaman olduğu kimi bu il də biznesin kreditləşməsi Unibank üçün prioritetlər sırasında olub. Ötən dövrdə xüsusən biznesin kreditləşməsinə diqqət artırılıb. O cümlədən real sektora, kiçik, orta sahibkarlığa verilən kreditlərin həcmi bu ilin əvvəlindən 10 % artıb. İlin əvvəlindən hesabat dövrünədək biznes sektoruna ayrılmış kreditlərin məbləği 46 milyon manat təşkil edib. Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq çərçivəsində bank bu ilin birinci rübündə də pandemiyadan zərər çəkmiş sahibkarlara dövlət zəmanətli, güzəştli kreditlərin ayrılmasını davam etdirib. “Unibank”ın Aqrar Kredit və İnkişaf Agentliyi ilə əməkdaşlığı çərçivəsində rüb ərzində 466 min manatlıq kənd təsərrüfatı təyinatlı güzəştli mikrokreditlər verilib.
“Unibank”ın depozit portfeli də rüb ərzində böyüyüb. Müddətli depozitlər ilin əvvəlindən 15,5 % artaraq 31 mart 2021-ci il tarixinə 386 milyon manat təşkil edib. Ölkədə nağdsız ödənişlərin və elektron ticarətin inkişafına daim dəstək verən Unibank, bu ilin ilk rübündə də bu sahəyə öz töhfəsini verib. Rüb ərzində dövriyyədə olan plastik kartların sayı nəzərəçarpacaq dərəcədə artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə debet kartlar 26% artaraq 481 minə, kredit kartların sayı isə 35% artaraq 117 minə çatıb.
Ölkə əhalisinə məsafədən bank xidmətinin göstərilməsini daha da zəruri edən pandemiya dövründə “Unibank”ın uBank tətbiqinin istifadəçilərinin sayı da artmaqdadır. Təkcə bu ilin əvvəlindən uBank-da qeydiyyatdan keçənlərin sayı 12,3 % artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk rübündə mobil tətbiq vasitəsilə aparılan kartla əməliyyat dövriyyəsi 37.5%, say olaraq isə 36% artıb.
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 29 ilə yaxın mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Azərbaycan kapital bazarında bir ilk: Unicapital EBRD-nin üzən faizli istiqrazlarının anderrayteri oldu
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
İsrail Reebok-ı məhkəməyə verməklə hədələdi, şirkət geri addım atdı
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
6 saat əvvəl
Yuan və Avstraliya dollarının qlobal ehtiyatlarda payı artıb, dolların payı azalıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmiryolu ilə yükdaşımalarla bağlı Anlaşma Memorandumu imzalanıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
"Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyinin İdarə heyətinin yeni tərkibi və Sədri seçilib
-
8 saat əvvəl
Avropa Yenidənqurma və İnkişaf Bankının manat istiqrazlarına 12 investor 12 sifariş təqdim edib
-
8 saat əvvəl
Azərbaycan zərgərlik məmulatları və qiymətli daşlar sahəsində yeni dövlət standartları qəbul edib
-
9 saat əvvəl
Azərbaycanda yeni tikilən hündürmərtəbəli binaların istismar müddəti azı 100 il olmalıdır - QƏRAR
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İsrail Reebok-ı məhkəməyə verməklə hədələdi, şirkət geri addım atdı

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

"Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyinin İdarə heyətinin yeni tərkibi və Sədri seçilib

Avropa Yenidənqurma və İnkişaf Bankının manat istiqrazlarına 12 investor 12 sifariş təqdim edib
Ən çox oxunanlar

Azərbaycanda yeni tikilən hündürmərtəbəli binaların istismar müddəti azı 100 il olmalıdır - QƏRAR

Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır

Kolleclərə yeni təyinatlar olub

Azərbaycandan Rusiya gedənlərin sayı 30 faiz, Türkiyəyə gedənlərin sayı isə 4,4 faiz azalıb

Azərbaycana turist axını azalıb - Körfəz və MDB ölkələrindən gələnlərin sayı azalıb

Bank Respublika lombard krediti müştəriləri üçün “Qızıl Seçim” lotereyasına start verdi!
