Azərbaycanda mikro sahibkarlar təminatsız, zaminsiz, əlavə təhlillər olmadan kredit ala biləcəklər
Sahibkar hesabı Kapital Bank-da olan mikro biznes subyektləri heç bir təminat, o cümlədən zamin təqdim etmədən, əlavə təhlillər olmadan, dərhal yerindəcə kredit ala biləcəklər.
Marja xəbər verir ki, bunu Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru Ramil İmamov bildirib.
O, "Mikro biznes subyektlərinə hansı bank xidmətlərini göstərməyi planlaşdırırsınız?" sualına belə cavab verib:
"İstənilən Bank məhsulu hazırlanarkən və ya təkmilləşdirilərkən potensial müştərilər arasında sorğunun keçirilməsi və müştərilərin istəklərinin nəzərə alınması komandamızda artıq bir vərdişə çevrilib. Mikro kredit məhsulumuz da eyni inkişaf mərhələsini keçir. Müştəri araşdırmaları onu göstərir ki, mikro biznes subyektlərinin ehtiyac duyduqları bank məhsulları arasında kreditlər prioritet təşkil edir. Bu səbəbdən hazırda mikro kredit məhsulumuzun daha əlçatan, təhlil modelinin daha sürətli olması, kredit məhsullarının onlayn kanallar vasitəsilə əldə edilməsi, rahat geri ödəniş şərtlərinin mövcudluğunu nəzərdən keçiririk. Təqdim edəcəyimiz məhsul rəqabətə dayanıqlı olmaqla yanaşı, həm də müştərilərimizin istəklərini özündə cəmləyəcək. İndidən onu deyə bilərəm ki, sahibkar hesabı Kapital Bank-da olan mikro biznes subyektləri heç bir təminat, o cümlədən zamin təqdim etmədən, əlavə təhlillər olmadan, dərhal yerindəcə kredit ala biləcəklər".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 4 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























