İranda COVID-19-un dördüncü dalğası ağır keçir
Yaxın günlərdə Rusiyadan alınan lisenziya əsasında İranda “Sputnik V” peyvəndinin istehsalına başlanılacaq.
Bu sözləri İranın Rusiyadakı səfiri Kazım Cəlali jurnalistlərə deyib. O bildirib ki, İran öz əhalisinin peyvəndlə tamamilə təmin etdikdən sonra regionun kasıb ölkələrinə də köməklik göstərəcək.
Xatırladaq ki, 60 milyon doza peyvənd almaq üçün razılaşma əldə olunub. Peyvəndin az bir hissəsini Rusiya İrana verib. Lakin sonra tərəflər peyvəndin İranda istehsal olunması haqqında razılıq əldə ediblər. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Rusiya 60 milyon doza peyvəndi çatdırıb İrana verə bilmir. Ona görə də peyvəndin İranda Rusiyanın lisenziyası əsasında istehsalına razılıq verib. İstehsal prosesində hər iki tərəfdən mütəxəssislər iştirak edəcəklər.
Bu arada isə İranda COVID-19-un dördüncü dalğası başlayıb və vəziyyət o qədər də ürəkaçan deyil. Koronavirusdan ölənlərin sayı 70 mini keçib. Bu günə olan məlumata görə son sutka ərzində 21 mindən çox nəfər koronavirusa yoluxub, 496 nəfər isə həyatını itirib. İranda yoluxanların ümumi sayı 2 milyon 417 min 320 nəfərə çatıb. Bununla yanaşı 1 milyon 892 min 229 nəfər virusdan müalicə olunaraq evə buraxılıb.
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 13 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
2 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
2 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub























