Dollarda növbəti bahalaşma dalğası "alovlana" bilər
Amerikanın istehlak dövriyyəsinə dair göstəricinin çərşənbə axşamı proqnozlaşdırılandan yaxşı dərc edilməsi, İngiltərənin Breksit sazişində nəzərdə tutulan Şimali İrlandiya maddəsini pozmaqla, AB ilə münasibətləri daha da gərginləşdirməsi və yeni mutasiyaların korona, beləliklə, qlobal ticarət böhranını dərinləşdirməsi riskləri, hazırda maliyyə bazarlarında əsas diqqət mərkəzində olan hadisələrdir.
Yeni həftənin başlaması ilə avro 1.21, funt sterlinq 1.39$-ın altında müqavimətlə rastlaşıb. Dollar indeksi üzrə təhlillərə əsasən isə 91 və 91.4 punktların qırılması, növbəti bahalaşma dalğasını alovlandıra bilər.
USD/JPY məzənnəsi də yuxarıdaki tendensiyanın təsiri altında olsa da, USD/RUB son faiz artımından faydalanaraq, bir ayın minimumlarında qərarlaşıb, USD/TRY TCMB-nin gələn həftə açıqlanacaq yeni qərarını gözləyir.
Foreks bazarlarında dollarda bahalaşma ehtimalları, əlvan metallar bazarlarında qızılın son bahalaşma dalğası fonunda korreksiyasının dərinləşməsinə səbəb olur. Növbəti yaxın qiymət dəstəkləri 1752 və 1738$-dır.
Kriptovalyuta birjalarında isə bitkoinin qiyməti ilə dolların qiyməti arasında müsbət korrelasiya müşahidə edilir və 58028$-ın qırılması önəmli müqavimət səviyyəsidir.
Bütün bunlarla yanaşı, treyderlər bu gün Bakı vaxtı ilə saat 22:30-da baş tutacaq FED-in mətbuat konfransını gözləyirlər. Buradaki açıqlamalar dolların gələcək qiyməti üçün önəmli olacaqdır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
10 d. əvvəl
Azərbaycan tarixində bərpa olunan enerji mənbələri üzrə ilk beynəlxalq karbon kreditləri əldə edilib
-
-
12 d. əvvəl
Birbank Biznes-in Visa Sahibkar kartı indi tamamilə pulsuz və yeni dizaynda
-
15 d. əvvəl
"TuranBank" “Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlığa başlayıb
-
16 d. əvvəl
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
- 25 d. əvvəl
- 27 d. əvvəl
- 36 d. əvvəl
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
Rusiya “Telegram”ı bloklamağa başlayıb
Dövlət Statistika Komitəsinə sədr təyin edildi
Ən çox oxunanlar
vətəndaşların ən çox üzləşdiyi fırıldaqçılıq halları
Naxçıvan iqtisadiyyatı 3 %-dən çox böyüyüb
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir

























