Dünyanın ən böyük sosial media şirkətinin qazancı 2 dəfə artıb
Dünyanın ən böyük sosial media platforması Facebook bu ilin ilk rübündə gəlirini və mənfəətini artırırb.
Marja xəbər verir ki, Facebook şirkətinin ilk rübdə əldə etdiyi gəlir keçən ilin eyni dövrü ilə müqayisədə 48% artımla 26,2 milyard dollara yüksəlib. Facebook, 2020-ci ilin eyni dövründə 17,7 milyard dollar gəlir əldə etmişdi.
Facebook-un xalis mənfəəti ilk rübdə 94% (təxminən 2 dəfə) artımla 9,5 milyard dollara yüksəlib. Şirkət, 2020-ci ilin yanvar-mart dövründə 4,9 milyard dollar xalis mənfəət əldə etmişdi.
Facebook-un 2020-nin ilk rübündə 1,71 dollar olan bir səhmə düşən mənfəəti də bu ilin eyni dövründə 3,30 dollara yüksəlib.
Facebook-un gündəlik və aylıq aktiv istifadəçi sayında da bu dövrdə artım baş verib. Gündəlik aktiv istifadəçi sayı 8% artaraq 1,88 milyarda çatıb. Sosial media saytının aylıq aktiv istifadəçi sayı da eyni dövrdə 10% artımla 2,85 milyarda yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
22 d. əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
-
23 d. əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 45 d. əvvəl
- 51 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
Ən çox oxunanlar
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir























