Beynəlxalq Bank Rusiya bankı ilə memorandum imzaladı
Sahibkarlara biznes ideyalarının reallaşdırılmasında ən sərfəli şərtlərlə kömək göstəriləcək. Memorandum çərçivəsində yaradılan imkanlar biznes kreditlərinin iş adamlarına daha aşağı faizlərlə təklif edilməsinə imkan verəcək.Azərbaycan Beynəlxalq Bankı ilə Rusiyanın aparıcı banklarından olan Roseximbank arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədə Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov və Roseximbankın İdarə Heyətinin sədri Azər Talıbov imza atıb.
Memorandumun imzalanması Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının aprelin 27-də Moskvada keçirilən toplantısında elan edilib.
Sənəd Azərbaycanla Rusiya arasında ticarət əlaqələrində hər iki bankın birgə iştirakını, müxtəlif istiqamətlərdə qarşılıqlı əməkdaşlıq dəstəyini nəzərdə tutur.
Razılaşmaya uyğun olaraq Azərbaycan və Rusiyada biznes üçün perspektivli sayılan sektorlarda - o cümlədən infrastruktur, informasiya texnologiyaları, energetika, neft-kimya, aqrar sənaye və s. bu kimi sahələrdə investisiya layihələrinin maliyyələşdirilməsi imkanları dəyərləndiriləcək. Sahibkarlara biznes ideyalarının reallaşdırılmasında ən sərfəli şərtlərlə kömək göstəriləcək. Memorandum çərçivəsində yaradılan imkanlar biznes kreditlərinin iş adamlarına daha aşağı faizlərlə təklif edilməsinə imkan verəcək. Onların bank xərclərini azaldacaq. Tərəflər ətraf mühitin qorunması, təbii resurslardan məqsədyönlü istifadə, yaşıl texnologiyaların tətbiqi və s. məsələlər üzrə əməkdaşlıq perspektivlərinə də baxacaqlar.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bu memorandumun Bankın xarici əlaqələrinin inkişafına xidmət etdiyini bildirib: “Roseximbankla əməkdaşlığımız müştərilərimizə yeni imkanlar yaradacaq. Xüsusilə ixracla məşğul olan sahibkarlar iki bankın əməkdaşlıq əlaqələrindən geniş faydalana biləcəklər. Bu əməkdaşlığımız Azərbaycanla Rusiya arasında idxal-ixrac əməliyyatlarının həyata keçirilməsinə, ticarət əlaqələrinin daha da inkişafına töhfə verəcək. Yeni, faydalı təcrübələr formalaşdıracaq”.
Roseximbankın İdarə Heyətinin sədri Azər Talıbov da bu əməkdaşlığın mühüm önəm daşıdığını qeyd edib: "Bu tərəfdaşlığımız Azərbaycana məhsul və xidmət ixracı ilə məşğul olanlara maliyyə dəstəyi üçün effektiv alətlər təqdim etmək imkanı yaradır. Birgə layihələrimiz Rusiya məhsullarının Azərbaycana ixracına, eləcə də Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlarına investisiyaların cəlb olunmasına kömək göstərəcək”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 2 saat əvvəl
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
6 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 7 saat əvvəl
-
7 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"






















