Fitch Agentliyi də Beynəlxalq Bankın reytinqlərini yüksəltdi
Fitch Ratings Beynəlxalq Reytinq Agentliyi Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxıb. Agentlik Bankın uzunmüddətli emitentin defolt reytinqini (IDR) bir pillə artırmaqla B səviyyəsinə yüksəldib. Agentlik Bankın reytinq proqnozlarını da yaxşılaşdıraraq Stabildən Pozitivə dəyişib.
Bankdan Marja-ya daxil olmuş məlumata görə, reytinqlərdə baş verən dəyişikliklər bir sıra amillərlə izah edilir. Agentliyin rəyinə görə, Azərbaycan Beynəlxalq Bankının aktivlərinin stabil strukturu və keyfiyyəti, son illərdə yüksək gəlirliliklə fəaliyyət göstərməsi Bankda güclü kapital və likvidlik buferi formalaşdırıb. Bankın aktivlərinin keyfiyyəti qənaətbəxş səviyyədədir. Bankın qısa açıq valyuta mövqeyi ilə bağlı riskləri də azalmışdır.
Azərbaycan Beynəlxalq Bankının malik olduğu güclü kapital mövqeyi kredit profili üzrə valyuta risklərini azaldır və hər hansı ciddi valyuta böhranlarına qarşı kifayət qədər dayanıqlıdır. Bankın kapital adekvatlığı göstəriciləri 30% ətrafında olmaqla requlyativ tələbi əhəmiyyətli şəkildə üstələyir.
Xatırladaq ki, aprelin ortalarında Moody’s Beynəlxalq Reytinq Agentliyi də Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxaraq reytinq proqnozlarını Stabildən Pozitivə dəyişib. Bankın kredit ödəmə qabiliyyəti reytinqini də bir pillə yüksəldərək b3-dən b2-də qərarlaşdırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 4 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib



















