İcra başçısı kompensasiya ilə bağlı iddialara cavab verdi
Sosial şəbəkələrdə Tərtər rayon İcra Hakimiyyəti başçısının müharibə zamanı rayonda evləri dağılmış sakinlərə dövlət tərəfindən ödənilən kompensasiya məbləğinin bir hissəsini tələb etməsiylə bağlı iddia yayılıb.
İddiaya görə, evlərin bərpası məqsədilə dövlətin müəyyən etdiyi ödənişi almaq üçün vətəndaş qarşısında məbləğin 25 faizinin icra başçısına çatacağı barədə şərt qoyulub.
Məsələylə bağlı rayonun icra başçısı Müstəqim Məmmədovla əlaqə saxlanılıb.
O bildirib ki, evləri dağılmış sakinlərə kompensasiya məbləği İcra Hakimiyyəti yox, Nazirlər Kabineti tərəfindən verilir: “Nazirlər Kabineti tərəfindən ödəniş kartı "Kapital Bank"a göndərilir. Bank tərəfindən bu barədə vətəndaşa məlumat verilir və həmin şəxs də bankdan kartını götürür. Bu prosesdə İcra Hakimiyyətinin heç bir rolu yoxdur. Kimin hansısa şikayəti varsa, prokurorluğa müraciət edə bilər.
Hazırda 1483 vətəndaşa kompensasiya ödənilib.
Bildiyiniz kimi, Tərtərə müharibə zamanı çoxsaylı mərmi düşüb. Ona görə də dağıntılar çoxdur. Fövqəladə Hallar Nazirliyi, Dövlət Arxitektura və Şəhərsalma Komitəsi bu məsələ üzərində işləyir. Komissiya işləyib sənədləri Nazirlər Kabinetinin aidiyyatı qurumlarına təqdim edir. Proses tamamlandıqca vətəndaşlara kompensasiya ödənilir”.
Qeyd edək ki, Prezidentin ötən ilin 14 dekabrında imzaladığı sərəncama əsasən “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” yaradılmış Dövlət Komissiyası tərəfindən mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın dövlət vəsaiti hesabına aradan qaldırılmasına dair müvafiq işlər aparılır. Ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat , dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat məbləğində kompensasiyalar ödənilir.
©️ Qafqazinfo
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 20 saat əvvəl
-
- 20 saat əvvəl
-
20 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
23 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























