“Fitch Ratings” növbəti dəfə Expressbank-ın yüksək reytinqini təsdiqləyib
(®️) Beynəlxalq Reytinq Agentliyi "Fitch Ratings" Azərbaycanın aparıcı banklarından biri olan “Expressbank”ın yüksək reytinqini növbəti dəfə təsdiqləyib. Belə ki, iqtisadi mühit, müştəri portfelinin dinamikası və keyfiyyəti, artım perspektivləri, şəffaflıq, gəlirlilik, və s. kimi vacib göstəricilər əsasında bankları qiymətləndirən “Fitch Ratings” “Expressbank”ın biznes strategiyası, uğurlu siyasəti, stabil maliyyə göstəricilərinə yüksək qiymət verərək Bankın reytinqini “B” səviyyəli “stabil” proqnozu ilə təsdiqləyib.
Bankın yüksək kapitalı, likvidlik mövqeyi və stabil maliyyə vəziyyətini əks etdirən bu göstərici ölkə bankları sırasında ən yüksək nəticələrdən biri hesab edilir.
Pandemiyanın yaratdığı qeyri-ənənəvi bazar mühitinin ölkə iqtisadiyyatına göstərdiyi təsirlərə baxmayaraq nüfuzlu Beynəlxalq reytinq agentliyi tərəfindən Bankın yüksək reytinqinin dəyişməz olaraq saxlanılması bazarda Bankın sağlam mövqeyi və maliyyə dayanıqlığının göstəricisidir.
Bankın kapital dayanıqlığı reytinqin müəyyən olunmasına güclü təsir göstərmişdir. Belə ki, bankın əsas kapitalı "Fitch Ratings" agentliyinin müvafiq metodologiyasına əsasən (Fitch Core Capital) risk dərəcəsi ilə ölçülmüş aktivlərin 49%-ni təşkil etmişdir.
Təsdiqlənmiş reytinqlər aşağıdakı kimidir:
Emitentin uzunmüddətli defolt reytinqi “B” səviyyəsində “sabit”
Qısamüddətli defolt reytinqi “B” səviyyəsində
“Fitch Ratings” agentliyinin bu proqnozu, “Expressbank” ASC-nin aktivlərinin keyfiyyətini, kapitalın adekvatlığını nəzərə alaraq, mümkün risklərin ödənilməsi potensialını əks etdirir.
Şəffaf maliyyə tərəfdaşlığı və müştərilərinin ehtiyaclarını əsas götürərək daim yeni kampaniyalara və layihələrə imza atan “Expressbank”, hər zaman müştəri məmnuniyyətinin təmin olunmasına xüsusi önəm verir.
Bank məhsulları və xidmətləri barədə ətraflı məlumatı Bankın rəsmi saytına https://www.expressbank.az/ daxil olaraq və ya 132 Məlumat mərkəzinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib




















