TuranBank nüfuzlu maliyyə qurumundan 5 milyon ABŞ dolları kredit cəlb edib
TuranBank və EMF Mikromaliyyə Fondu arasında Kiçik və Orta sahibkarlığın (KOS) maliyyələşdirilməsini genişləndirmək məqsədilə 5 milyon ABŞ dolları həcmində kredit sazişi imzalanıb.
Bankdan Marja-ya verilən məlumata görə, cəlb edilən vəsait kiçik və orta biznesin maliyyələşdirilməsinə yönəldilməklə sahibkarların maliyyə resurslarına çıxış imkanlarını daha da genişləndirəcək.
Məlumat üçün qeyd edək ki, TuranBank KOS-un maliyyələşdirilməsi üzrə beynəlxalq kredit xətlərinin cəlb edilməsi istiqamətində əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirir. Bankımız Beynəlxalq Maliyyə Korporasiyası (İFC), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), ECO Ticarət və İnkişaf Bankı (ECO TDB) və.s kimi nüfuzlu maliyyə təşkilatları ilə Kiçik və Orta sahibkarlıq layihələri üzrə birgə əməkdaşlıq edərək qeyr-neft sektorunun davamlı inkişafına ciddi dəstək olur.
EMF Mikromaliyyə Fondu inkişaf etməkdə olan ölkələrdə maliyyə əlçatanlığını təşviq etmək üçün bir vasitə olaraq 2008-ci ildə təsis edilmişdir. Fond perspektivli, məsuliyyətli, gəlirli və davamlı kiçik və orta biznesləri dəstəkləyir.
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 17 xidmət şəbəkəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















