Bakının ikinci ən böyük oteli açılır
Otel qiymətləri turistlər üçün münasib olacaq!Bakıda yeni "Courtyard by Marriott Baku Oteli" açılacaq
"Courtyard by Marriott" Otelinin Satış Departamentinin Direktoru İlkin Rüstəmovun Marja-ya verdiyi məlumata görə, otel şəhərin ikinci ən böyük oteli olacaq.
Qış Parkı ilə üzbəüz, şəhərin mərkəzində yerləşən və 365 otaqlı bu otel gözəlliyi ilə göz oxşayır. 11 iclas otağı və eksklüziv "Beş" adlı restoranı ilə "Courtyard Baku" oteli 5 ulduzlu kimi görünsə də əslində konsept olaraq 4 ulduzlu olması nəzərdə tutulub.
Otelin yaranmasında əsas məqsəd turizm bazarını 4 ulduz seqmentində yüksək standardlı xidmətlə təmin edən dünya brendinin gətirilməsidir. Belə ki, otel qiymətləri xarici turistlər üçün münasib olacaq (4 ulduz kateqoriyasında) və həm də Marriott brendinin keyfiyyətində 5 ulduzlu xidmət alacaqlar.
Courtyard hazırda dünya üzrə 1500-ə yaxın otəl şəbəkəsinə malik olmaqla Marriott-un ən dinamik inşikaf edən brendidir.
"Courtyard by Marriott Baku" otelinin menecmenti "Absheron Hotel Group" tərəfindən həyata keçirilir və bu qrupa daxil olan ən gözəl otellərdən biridir.
Otelin açılışının isə 10 iyun 2021-ci il tarixində baş tutması nəzərdə tutulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 saat əvvəl
-
5 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
-
- 7 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Bu bank pulunuza illik 12% gəlir təklif edir
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
Ən çox oxunanlar
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib






.jpg)
.jpg)



.jpg)








