Türkiyənin elektron pul və ödəmə xidmətləri şirkəti Azərbaycan bazarına daxil olur
Türkiyənin elektron pul və ödəmə xidmətləri şirkəti "Birleşik Ödeme" Azərbaycan bazarına daxil olur.
Marja.az-ın məlumatına görə, Azərbaycanda "United Payment Azerbaijan" adlı şirkət təsis edilib.
"United Payment Azerbaijan" şirkətinin direktoru Edqar Abdullayev "Marja"ya bildirdi ki, 2010-cu ildə qurulmuş "Birleşik Ödeme" şirkəti tərəfindən Türkiyə xaricinə genişlənmək və bu çərçivədə ilk olaraq Azərbaycan bazarına daxil olmaq qərarı verilib.
"Qarşıdakı 3 il ərzində cəmi 8 ölkədə fəaliyyətə keçərək; 3 ilin sonunda 35 milyon istifadəçi və 1 milyard dollarlıq əməliyyat həcmilə bölgənin ən böyük "Fintech" şirketi olmağı hədəfləyən "Birleşik Ödeme", bu hədəf çərçivəsində ilk addımı Azərbaycanla atır",- Edqar Abdullayev bildirdi.
"Birleşik Ödeme" Türkiyədə elektron pul və ödəmə xidmətləri lisenziyası alan ilk şirkətlərdən biridir. Şirkət Türkiyənin qabaqcıl markaları ilə əməkdaşlıq edir.
"Birleşik Ödeme", Türkiyənin ilk və tək finteç (fintech) xidmət platforma təminatçısı (FaaS) şirkəti olaraq müəssisələrin elektron maliyyələşmə proseslərində infrastruktur təkliflərini təqdim edir: elektron pulqabı, virtual və ya fiziki ön ödəməli kart, ölkədaxili və xarici pul transferi, online/offline ödəniş və kiosk/ağıllı kassa həlləri.
"United Payment Azerbaijan" şirkəti "Birleşik Ödeme Hizmetleri" və "E-Para A.Ş." şirkətləri tərəfindən təsis edilib.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 23 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB





















