Böyüyən "tortdan" pay almaq üçün hərəkətə keçib
Apple-ın tədarükçüsü Malayziyanın çip şirkətinindən pay almaq istəyirApple şirkətinin ən böyük tədarükçüsü Foxconn Technology Group şirkəti Malayziyanın çip istehsalçısı Dagang NeXchange-dən (DNeX) pay satın almaq üçün danışıqlara başlayıb.
Qlobal iqtisadiyyatda artan çip tələbi gündəmdədir. Şirkətlər də böyüyən "tortdan" pay almaq üçün axtarışlarını sürətləndirirlər. Son xəbər Apple-ın tədarükçüsü Foxconn-dan gəldi.
Marja Bloomberg-ə istinadən xəbər verir ki, Foxconn DNeX-in səhmlərinin bir hissəsini alaraq, DNeXin çip istehsalçısı SilTerra Malaysia Sdn şirkətinin fəaliyyətlərini genişləndirməyə dəstək təmin etməyi planlaşdırır.
DNeX, Fevral ayında çip istehsalçısı SilTerra-nın satışında Foxconn-u geridə qoyaraq ən yüksək təklifi təqdim etmişdi.
Bloomberg-ə danışan mənbələr, danışıqların davam etdiyini lakin razılaşmanın reallaşacağına dair qəti bir məlumat olmadığını söyləyiblər. Foxconn mövzu haqqında şərh etməyi rədd edərkən, DNeX-in bir nümayəndəsi mövzu ilə bağlı etdiyi açıqlamada, şirkətin strateji ortaqlıq və sərmayəçilərə hər vaxt açıq olduğunu, ancaq bu mövzu haqqında şərh edə bilməyəcəyini deyib.
Avtomobildə başlayaraq elektronika sektoruna sıçrayan qlobal çip tədarükü problemi gedərək böyüyür. Çiplərə artan tələbin qarşılanması üçün gələcək 10 ildə 3 trilyon dollarlıq sərmayə qoyulması lazımdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
-
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Bu bank pulunuza illik 12% gəlir təklif edir
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
Ən çox oxunanlar
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib













.jpg)




