Nazir: "İran gündəlik neft hasilatını təxminən 3 dəfə artırmağa hazırdır"
İran gündəlik neft hasilatını təxminən üç dəfə - 6,5 milyon barelə qədər artırmağa hazırdır.
Marja xəbər verir ki, bunu bazar ertəsi İran İslam Respublikasının neft naziri Bijan Namdar Zangene bildirib.
Onun sözlərinə görə, Tehran bu istehsal həcminə "asanlıqla" çata bilərdi, ancaq "bunu istəməyən qüvvələr var."
Zangane, "İranın neft istehsalını artırması, ölkənin təhlükəsizliyini və siyasi gücünü artırır", - deyib.
OPEC-ə görə, İran mart ayında gündəlik 2,3 milyon barel neft hasil edib. Zanganeyə görə, İranın təklif etməyə hazır olduğu əlavə tədarük həcmi gündəlik 4.2 milyon barelə bərabərdir. Bu, praktiki olaraq Rusiya neft ixracatının mövcud həcminə bərabərdir.
Böhrandan əvvəl Rusiya dünya bazarına daha çox neft satırdı - gündə təxminən 5 milyon barel. Lakin OPEC + razılaşması Rusiya neftçilərinin əllərini bağlamağa davam edir. May ayında Rusiya Federasiyasında gündəlik istehsalı 10,5 milyon barel təşkil edib.
Bloomberg-ə görə, dövlətə məxsus mədən şirkəti "National Iran Oil Co" (NIOC), iki il əvvəl Donald Tramp administrasiyasının bir vaxtlar OPEC-də üçüncü ən böyük neft istehsalçısı olan ölkəyə qarşı neft embarqosu tətbiq etməsindən sonra dayandırılması məcburiyyətində qalan sahələrin texniki hazırlığına başlayıb.
Bloomberg mənbələrinin bildirdiyinə görə, nikbin bir ssenaridə, sanksiyaların ləğvindən sonra İran üç-altı ay ərzində hasilatı praktiki olaraq ikiqat artıraraq sanksiyadan öncəsi səviyyəyə (gündəlik 4,5 milyon barel) qaytara biləcək.
"Goldman Sachs" analitikləri İranın potensialını daha təvazökar hesab edirlər: İlin ikinci yarısında gündə 1,5 milyon barel əlavə neft bazara çıxa bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
10 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
11 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
11 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 12 saat əvvəl
-
12 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir




















