Bank BTB Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş layihə keçirib
(®️) Bank BTB Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Kitab sənin ilk dostundur” adlı tədbir keçirib.
Belə ki, bank, 44 günlük “Vətən müharibəsi” ərzində Gəncədə raket zərbələrindən zərərçəkmiş uşaqları sevindirmək üçün onların yaş kateqoriyalarına uyğun olaraq kiçik hədiyyələr təqdim etdi. Nisbətən yuxarı yaş qrupu olan 8-15 yaşlı uşaqlara psixologiyasına uyğun, maraqlarını oyadan mövzularda, cəsarət, mübarizə, arzularının arxasınca getmək, dostluq və sevgi kimi dəyərləri öyrədən kitablar təqdim edildi. 7 və daha kiçik yaş qrupuna aid olan uşaqlara isə məntiq və riyazi biliklərini inkişaf etdirən maqnitli lövhələr hədiyyə edildi. Bank BTB-nin “Gəncə” filialına dəvət olunan balaca qonaqlar həmçinin, bank əməkdaşlarının iş masalarında əyləşərək bir neçə saatlıq bankir oldular. Tədbirin sonunda əməkdaşlar bankın bütün kollektivi adından uşaqları bir daha təbrik etdi və gələcək həyatlarında müvəffəqiyyətlər arzuladı. Qeyd edək ki, Korporativ Sosial Məsuliyyət proqramı vasitəsilə cəmiyyətimizin sağlam gələcəyini qurmaq istiqamətində aparılan tədbirlərdə Bank BTB aktiv iştirakına davam edir.
Məlumat üçün bildirək ki, Bank BTB 2010–cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətlərini göstərir.
Bankın məhsul və xidmətləri haqqında məlumat almaq istəyən şəxslər (012) 946 nömrəli Məlumat Mərkəzinə, www.btb.az rəsmi saytına və ya bankın Facebook www.facebook.com/bankbtb və İnstagram www.instagram.com/bankbtb/ səhifələrinə müraciət edərək məlumat ala bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)





