“FINCA Azerbaijan” BOKT-un xalis mənfəəti 17 dəfə azalıb
“FINCA Azerbaijan” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 673 min manat xalis mənfəətlə başa vurub.
BOKT-un maliyyə hesabatına görə, bu, 2019-cu illə müqayisədə 16,5 dəfə azdır.
Ötən il “FINCA Azerbaijan”ın vergiyəqədərki mənfəəti 734 min manat (əvvəlki ilə nisbətən 15,3 dəfə az), mənfəət vergisi ödəmələri isə 61 min manat (2,1 dəfə az) təşkil edib.
Bu il yanvarın 1-nə “FINCA Azerbaijan”ın aktivləri 26 milyon 204 min manat olub ki, bu da illik müqayisədə 3,4% azdır. Bunun 17 milyon 946 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-un kredit portfeli 47,5% böyüyüb.
Hesabat dövründə “FINCA Azerbaijan”ın öhdəlikləri 26,7% artaraq 10 milyon 703 min manata çatıb, balans kapitalı isə 17% azalaraq 15 milyon 501 min manata düşüb.
Xatırladaq ki, “FINCA Azerbaijan” 1999-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 3 milyon 757 min manatdır. BOKT-un təsisçisi 100% "FINCA International"dır.
Marja.az Telegramda: https://t.me/marjaaz
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















