“Qafqaz-Kredit” BOKT-un xalis mənfəəti 61% azalıb
“Qafqaz-Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 12 min manat xalis mənfəətlə başa vurub.
BOKT-un maliyyə hesabatına görə, bu, 2019-cu illə müqayisədə 61,3% azdır.
Ötən il “Qafqaz-Kredit”in vergiyəqədərki mənfəəti 15 min manat (əvvəlki ilə nisbətən 61,5% az), mənfəət vergisi ödəmələri isə 3 min manat (62,5% az) təşkil edib.
Bu il yanvarın 1-nə “Qafqaz-Kredit”in aktivləri 1,29 milyon manat olub ki, bu da illik müqayisədə 13,2% çoxdur. Bunun 965 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-un kredit portfeli 18% böyüyüb.
Hesabat dövründə “Qafqaz-Kredit”in öhdəlikləri 48,9% arataraq 420 min manata, balans kapitalı isə 1,3% artaraq 869 min manata çatıb.
Xatırladaq ki, “Qafqaz-Kredit” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 592 min manatdır. BOKT-un təsisçiləri Arif Qurbanov (direktor, 33,3%), Xalisə Əminova (33,4%) və Züleyxa Rəsulovadır (33,3%).
Marja.az Telegramda: https://t.me/marjaaz
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























